Barbados respublika olmaq qərarı verdi - Kraliçanın hakimiyyətinə son qoyulur

“Loop Barbados” portalı bu barədə ölkənin general qubernatoru Sandra Meysonun açıqlamasına istinadən məlumat yayıb.
“Müstəmləkə keçmişimizi arxada qoymağın vaxtı gəlib. Barbados xalqı öz dövlət başçısını seçmək istəyir. Barbados suverenliyə doğru növbəti məntiqi addımı atacaq və müstəqilliyimizin 55 illiyinə qədər respublika olacaq. Yarım əsr əvvəl müstəqillik qazanan ölkəmiz öz-özünü idarə etmə qabiliyyətinə şübhə ilə yanaşmamalıdır”, - deyə general qubernator bildirib.
Qeyd edək ki, Barbados 1966-cı ildə müstəqillik qazansa da, dövlətin başçısı hələ də kraliçadır.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: