Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • 
  • BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ -
    BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
  • 
  • İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı -
    İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
  • 
  • Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
    Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
  • 
  • Şair Əlisəmid Kür vəfat edib
    Şair Əlisəmid Kür vəfat edib
  • 
  • Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
    Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Narkobaron yaxalandı - “Asiyalı El Çapo”nun illik dövriyyəsi 70 milyard dollar imiş...
  • Tarixin 10 ən zəngin cinayətkarı – SİYAHI
  • Rusiyanın ən varlı ailəsinin adı açıqlandı
  • Dünyanın ən varlı 4 adamının ümumi sərvəti 500 milyard dolları ötdü
  • Mark Zukerberq üş aya 11 milyard dollar qazanıb
  • İldə 17 milyard dollar qazanan “Çinli Eskobar” necə ələ keçdi...- 10-larla ölkənin birgə xüsusi əməliyyatı

    • Tarix: 7-02-2021, 19:44



    Bir neçə gün əvvəl, yanvarın sonlarında beynəlxalq narkomafiyanın başçısı, narkotiklərdən ildə 17 milyard dollar qazanan  çin əsilli Kanada vətəndaşı Se Çi Lop Amsterdam hava limanında saxlanılıb. Niderland polisi tərəfindən həbs olunan “metamfetaminlər kralı” və “çinli Eskobar” adlandırılan Se Çi Lopun həbsi ondan artıq ölkənin xüsusi xidmət orqanlarının çoxillik zəhmətinin bəhrəsi olub.

    Rusiyanın "Lenta.ru" saytı asiyalı narkobaronun milyardlara necə sahib olmasını, iri narkosindikat yaratmasını və sonda dəmir barmaqlıqlar arxasına düşməsi tarixçəsini ətraflı araşdırıb.



    Dünyanın ən məşhur narkobaronları kolumbiyalı narkotik qaçaqçısı Pablo Eskobar və meksikalı Xoakin Qusman olub. P.Eskobar 15 il boyunca Medellin kartelinə başçılıq edib. 1990-cı illərin əvvəlində onun gəliri 30 milyard dolları ötüb. Medellin karteli kokainin 80 faizdən çoxunun ABŞ-a çatdırmasına nəzarət edib. Eskobar 1993-cü ilin dekabrında Kolumbiya polisi və Amerika xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində öldürülüb.

    Eskobarın ölümüdən sonra onun yerini “El Çapo” və “Gödəkboy” ləqəbli Qusman tutub. Yaxın vaxtlaradək Meksikadakı "Sinaloa" kartelinə başçılıq edib və ABŞ-s kokain və herainin daşınmasına rəhbərliyi həyata keçiriib. Bir neçə dəfə Meksika polisinin əlinə düşsə də, hər dəfə qaçmağa müvəffəq olub. Növbəti dəfə 2016-cıda həbs edilən Qusman ABŞ-a ekstradisiya olunaraq  ömürlük cəza alıb.



    Hazırda planetin hər bir yanında peyk antenalarının və xüsusi xidmət orqanlarının nəzarətinin güclü olduğu bir dövrdə iri  narkokartellər yaradıb Eskobarın və Qusmanın “müvəffəqiyyət”lərini təkrarlamaq mümkün deyil.
    Amma real həyatda hər şey başqa cür görünür. Təbii ki, əgər söhbət milyardlardan, çox böyük məbləğlərdən və geniş əlaqələrdən gedirsə. Görünən odur ki, sadə çinli Se Çi Lop keçmiş kolleqalarının “müvəffəqiyyət”ini təkrarlamağa qərar verib.

    Latın Amerikasının məşhur narkobaronlarından fərqli olaraq 57 yaşlı Se Çi Lopanın həyatı haqda çox şey məlum deyil. Bilinən odur ki, Çinin Quandun vilayələtində anadan olub, mədəni inqilablar dövründə böyüyüb,sonradan "Dasyuan" cinayətkar qruplaşmasına daxil olub.

    Se Çi Lop köməkçiləriylə birgə əvvəl Honkonqa, 1988-ci ildə isə Kanadaya köçərək vətəndaşlıq alıb. O, cinayətkar mühitdə əlaqələrini genişləndirməyi bacarıb. Narkotik qaçaqmalçılığında üst səviyyəyə qalxıb, Taylanddan, Myanmadan və Laosdan heroin daşınmasına rəhbərlik edib.
     


    Cəmi bircə dəfə - 1998-ci ildə də ABŞ polisinin əlinə düşüb. Nyu-York məhkəməsinin qərarına əsasən, heroin qaçaqmalçılığında ittiham olunub. Onu ömürlük həbs cəzası gözləsə də, məhkəmə ailə vəziyyətini, xəstə valideynlərini, 12 yaşlı ağciyər xəstəsi olan oğlunu nəzərə alaraq güzəştə gedib.
    Se Çi Lop məhkəmədə azad olunduqdan sonra düzələcəyinə və restoran biznesi ilə məşğul olacağına söz verib. Məhkəmə protokollarında qeyd edilib ki, Se Çi Lop elan olunmuş ittihamla özünü təqsirli bilib və əməlindən peşmançılıq çəkir. Nəticədə 2000-ci ildə Se cəmi doqquz il həbs cəzası ilə canını qurtara bilib və 2006-cı ildə vaxtından əvvəl azadlığa buraxılıb.

    Həbsdən çıxan, lakin dörd il polis nəzarətində olan Se Çi Lop Kanadaya üz tutub. Onun Asiyaya nə zaman qayıtması dəqiq məlum deyil. Lakin 2011-cidə arvadı ilə birgə Honkonqda firma açıb.
    Se Çi Lopun cinayətkar fəaliyyətə həbsdən azad olduqdan dərhal sonra başlaması istisna edilmir. Belə ki, "çinli Eskobar" qısa müddətdə kriminal dünyanın "qızıl üçbucağın"da əlaqələrini qaydaya sala bilib.



    Çinli Eskobar narkotik qaçaqmalçılığına yeniliklər də gətirib, qeyri-adi biznes modeli tətbiq edib. Əgər polis malı müsadirə edərsə, alıcı növbəti narkotik vasitəni pulsuz əldə edir, yaxud girovu qaytarır.

    Həmin illərdə Se Çi Lopun ailəsi kənardan orta gəlirlə dolanan sıradan çinli ailəsi kimi görünsə də, sonradan pullar sel kimi axmağa başlayıb. Hər ad günündə çinli Eskobar istirahət məkanlarındakı beşulduzlu otellərdə özünə dəbdəbəli mərasimlər, gecə əyləncələri keçirib, pulları saga-sola səpib.  Gecə əyləncələrinə dostları, qohumları şəxsi təyyarələrdə gəlib-gedib. Se həm də kazinoların daimi sakini olub. Hətta bir gecənin içərisində Makaoda 60 milyon avro uduzduğu vaxtlar da olub.

    Bundan əlavə "çinli Eskobar" özünə çox yaxşı mühafizəsi sistemi də qurub. Həm evində, həm də səfərlərdə olarkən  səkkiz nəfərdən ibarət peşəkar kikboksçularla əhatə edilib.   

    2011-ci ildə Avstraliya federal polisi Melbrunda heroin  qaçaqmalçılığı ilə  məşğul olan qrupu aşkarlayıb. Qrup üzvləri az sayda olduqlarından hüquq mühafizə orqanları onları həbs etməməyi qərara alıblar. Qrup üzvlərinin vasitəsilə narkokartelin arxasında dayananlara çıxmağa  çalışıblar. Həmin şəxslərin hər birinin telefonları dinlənilib, əlaqələri yoxlanılıb.

    Melburna qədər gəlib çıxan, lakin polis tərəfindən ardıcıl olaraq ələ keçən “mal”ı çinli narkobaron öz biznes modelinə uyğun olaraq "kompensasiya" etdiyinə görə avstraliyalılar daim ona müraciət ediblər. İki il keçdikdən sonra Honkonqdakı bosslar nəhayət məsələnin nə yerdə olduğunu anlayıblar.
    Çünki Avstraliyadan başqa digər yerlərdə malın çatdırılmasında heç bir problem yaranmayıb. Bu səbəbdən də Melburndakı narkotik ticarətinin başçısını Honkonqa çağırıblar. Onun hərəkət trayektoriyasını yerli polislər müşahidə ediblər və Se Çi Lopa ilə görüşdüyünü öyrəniblər.

    Çinli Eskobarın izinə düşən polislər araşdırma zamanı Avstraliyaya daşınan heroinin və ekstazinin başında məhz onun dayandığı qənaətinə gəliblər. Ancaq narkosindikatın böyük bir hissəsinə başçılıq edən Se Çi Lop bir neçə il kölgədə qala bilib. Təəsüf ki, cinayətkar şəbəkə bütün cənub-şərqi Asiyaya yayıldıqdan sonra polislər bunu aşkar edib.

    2016-cı ilin noyabrında  Myanmanın ən böyük şəhəri olan Yanqon hava limanında tayvand vətəndaşı olan Çxay Yen Çe saxlanılıb. Üzərində iki mobil telefon və dizayner çantası olan Çxay  saxlanılmasına əsəbləşib. Axtarış-əməliyyat tədbirləri zamanı onun üzərindən iki bükülüdə tibbi əməliyyat zamanı istifadə olunan narkotik preparat aşkarlanıb.
    Çxay polisləri inandırmağa çalışıb ki, guya həmin preparatlar güllər üçün lazımdır və dostunun atasının sifarişidir. Onun ilkin ifadəsi polisləri qane etməyib və Çxay həbs olunub. Növbəti gün isə yerli narkotik vasitələrlə mübarizə idarəsinin əməkdaşlarından biri onu tanıyıb. Məlum olub ki, taylandlının Myanmada saxlanılmasına “navodka” ABŞ tərəfindən verilib.

    Saxlanılan şəxs narkotik istifadəçisi olduğundan qolları pis vəziyyətdə olub. Taylandlı ifadə verməkdən imtina edib. Onun telefonundan “mal”ı itirmiş qaçaqmalçıların işgəncə videoları tapılıb. Narkotik qaçaqmalçılarına verilən bədən cəzaları Çin triadalarının simvollarının fonunda həyata keçirilib. Bu cür "ibrətli"videolar qruplaşma üzvlərinə təqdim edilir və xəyanət edəcəkləri təqdirdə aqibətlərinin belə olacağı gözlənilir.

    Bir sözlə, Çxayın özü yox, mobil telefonları “danışıb". Telefonlarda sosial şəbəkə yazışmaları, çoxlu sayda şəkillər və videolar olub. Polis əməkdaşları hətta taylandlının telefonlarını "xəzinələr mağarası" adlandırıblar.  Məhz onun telefonun vasitəsilə Myanmaya çatdırılmalı olan heroinin izinə düşüblər və yerli narkotik alverçilərini həbs ediblər.

    Nəhayət, şəkillərdən birində Se Çi Lopanı görən Avstraliya polisləri onu tanıyıblar. Həmçinin, taylandlının telefonunda Çinə, Yaponiyaya və Yeni Zelandiyaya daşınan külli miqdarda heroinin yaxalanması ilə bağlı şəkillər də aşkarlanıb.

    Bundan sonra məlum olub ki, müxtəlif asiya qruplaşmalarının nəzarətində olan  narkotik qaçaqmalçılığının arxasında tək bir qruplaşma dayanır. Həmin narkosindikatının üzvlərindən biri də məhz Çxay olub.

    ABŞ, Kanada, Çin, Yaponiya və Avstraliya da başda olmaqla on ölkənin təxminən 20 müxtəlif qurumları asiya narkosindikatının fəaliyyətini araşdırılmaqla məşğul olub. Avstraliya tərəfi “Kunqur” adlı əməliyyata başçılıq edib.

    2019-cu ilə müstəntiqlər böyük ehtimalla Se Çi Lopun ən böyük narkosindikatın lideri olduğu qənaətinə gəliblər.
    Məlum olub ki, narkosindikat  Asiyanın ən məşhur beş cinayətkar qruplaşmasını özündə  birləşdirə bilib. Pul axını o qədər böyük olub ki, hətta cinayətkar qruplaşmalar arasındakı uzun illərdən bəri davam edən qanlı rəqabətlər belə təxirə salınıb.

    Narkosindikat üzvləri öz aralarında bu şəbəkəni sadəcə "şirkət" adlandırıblar. “Şirkət” millətlərarası korporasiya prinsipi üzrə  işləyib. Liderləri əsasən Kanada, Honkonq, Makao, Tayvan, Malayziya, Myanma, Vyetnam Çin vətəndaşları olub. Narkosindikat  “mallar”ın çatdırılmalarını qaydaya salıb, yerli cinayətkar qruplaşmalarla əməkdaşlıq edib.



    Çxayın telefonundakı məlumatlara əsasən, narkotiklərin idxalında qayıqlardan da istifadə olunduğu üzə çıxıb. Sən demə  “mal”ın daşınmasında yükün dənizdə bir yerdən başqa yerə ötürülməsində kiçik balıqçı qayıqlarının da böyük rolu olub.  
    Myanmanın neytral sularında üzən “narkotik baza”larına yaxınlaşan katerlər yan alıb “mal”ı bir yerdən başqa yerə daşıyıblar. Məhz belə bir sxem Avstraliya narkotik qaçaqmalçılığında istifadə olunub.

    Narkosindikat tonlarla heroini, metamfetamini Yaponiyadan tutmuş Yeni Zelandiyaya qədər çatdırıb. BMT-nin hesablamalarına görə 2018-ci il ərzində gəlir 17,7 milyard dollar təşkil edib.

    Son illər ərzində hüquq mühafizə orqanlarının əməkdaşları Kambocada, Myanmada və Taylandda çoxlu sayda reydlər  keçirib, tonlarla narkotik vasitə aşkarlayıb. Amma bununla belə  narkosindikat öz fəaliyyətini davam etdirib.

    Bir neçə ölkənin xüsusi xidmət orqanlarının Asiya narkosindikatına qalib gəlməsi indiyə qədər mümkün olmayıb. Se Çi Lopaya gəlincə isə onun barəsində 2019-cu ildə Avstraliyada axtarış elan edilib. Nəhayət, narkokartelin başçısı çinli Eskabor bu yanvarın 22-də Amsterdamın Sxipxol hava limanında saxlanılıb.

    Göründüyü kimi, çinli Eskobar bu illər ərzində azadlıqda qalmağa müvəffəq olub. Onun azadlıqda qala bilməsi özü də əslində bir anlaşılmazlıqdır. Hazırda Se Çi Lopanın Avstraliyaya ekstradisiyası  və hakim önünə çıxarılması gözlənilir.

    Hazırladı: İnarə Rafiqqızı

    Oxunub: 381
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.