Dünyanın ən varlı 4 adamının ümumi sərvəti 500 milyard dolları ötdü
İndi dünyanın ən varlı adamları ilıə bağlı müxtəlif kombinasiyaları söyləmək olar.
Məsələn, planetin ən zəngin 4 insanının ümumi sərvəti 500 milyard dolları keçib. Dünyanın varlı adamlarının siyahısında ilk 12 yeri tutanların var-dövləti isə 1 trilyon dollar həddini də aşıb.
Globall.az xarici mediaya istinadla xəbər verir ki, təkcə lider Ceff Bezos son bir ildə 80 milyard dollar qazanıb.
Ceff Bezos
İndi amerikalı iş adamının 195 milyard dolları var. Bezosun həftənin sonuna qədər var-dövlətini 200 milyard dollara çatdırmasına təəccüblənməyin.
Bill Qeyts
İndi Bill Qeytsin 121, Mark Zukerberqin 99.4, İlon Maskın isə 90.3 milyard dolları var. Yalnız amerikalıların dördlüyündən sonra fransız Bernar Arno (83.7) və hindli Mukeş Ambani (80) gəlir.
Bernar Arno
Son bir ilin ən çox bəxti gətirənlərdən ikincisi Mask olub. Texnologiya sahəsinin yenilikçisi sərvətinə 62.8 milyard dollar əlavə edib.