Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • 
  • BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ -
    BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
  • 
  • İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı -
    İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
  • 
  • Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
    Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
  • 
  • Şair Əlisəmid Kür vəfat edib
    Şair Əlisəmid Kür vəfat edib
  • 
  • Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
    Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “İska” və “Emoş” ləqəbli avtoritetlər tutulub
  • Bakıda adam oğurluğu edən mütəşəkkil dəstənin şok əməlləri - Təfərrüat
  • Keçmiş məhkum yoldaşını güllələyərək öldürdü
  • Kriminal qruplaşmanın üzvlərinə hökm oxundu
  • Yasamalda baş verən dəhşətli qətllə bağlı – Yeni xəbər
  • “Əmioğlu” ləqəbli qanqsterin əməlləri: adam oğurluğu, qətl, narkotik alveri və daha nələr...

    • Tarix: 21-02-2021, 16:37



    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, adam oğurluğunda, odlu silah saxlamaqda, hədə qorxu ilə tələb etmədə və bu kimi ağır  cinayətlərdə ittiham olunan “Əmioğlu” ləqəbli Sumqayıt şəhər sakini, 51 yaşlı Eldar Cabarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Əvvəllər adam öldürməyə cəhddə, xuliqanlıqda, odlu silah gəzdirməkdə təqsirli bilinərək dəmir barmaqlıqlar arxasına düşən “Əmioğlu” bu dəfə də azadlıqda çox qalmayıb. O, növbəti cinayətə “imza” atdıqdan sonra yenidən “doğma məkana” – həbsxanaya qayıdıb.

    Cabbarov keçmiş dustaq yoldaşını oğurlayır, 50 min manat tələb edir

    İstintaq materiallarına əsasən Eldar Cabarov qardaşı Təbriz Cabarov, tanışı Şəadət Həsənovla əlbir olaraq keçmiş məhkum yoldaşı, 7 saylı Cəzaçəkmə Müəssisəsində tanış olduğu, azadlığa çıxdıqdan sonra da münasibət saxladığı Sumqayıt şəhər sakini Eldəniz Səmədovu oğurlayaraq ondan pul tələb etməyi planlaşdırıblar.


    Eldar Cabbarov

    2019-cu ilin sentyabrında dustaq yoldaşına zəng vuraraq Yasamaldakı “Qanlı göl”ərazisində satdığı torpaq sahəsini almaq istəməsi ilə bağlı aldadaraq yaşadığı evə çağırıb. Söhbət əsnasında doğum günündə iştirak etmədiyini, onu saymadığın bəhanə gətirərək öldürəcəyi ilə hədələyib.

    Ölmək istəmirsə 50 min manat pul verməli olduğunu deyib. E.Səmədov razılaşıb, öz avtomobilini satıb pulunu ona verəcəyini deyib. Dəstə üzvləri E. Səmədovun “Mercedes Benz E 240” markalı avtomobilini, sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini və “bardaçok”da olan 4350 manat pulunu hədə qorxu yoluyla əlindən alıblar.

    Yarımtikilidə basdırılan meyit

    İstintaq zamanı E.Cabarovun daha bir cinayət əməli ortaya çıxıb. Əməliyyat tədbirləri zamanı onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisində “Mercedes” markalı avtomobili ilə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi müəyyən olunub. E.Cabarov Z.Mircəfərovu öldürdükdən sonta izi itirmək məqsədilə meyiti Apşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb.

    Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən meyitin yeri müəyyən olunaraq ekskumasiya edilib. E.Cabarov qətli törədən zaman istifadə etdiyi “Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib. Onun barəsində məhkəmənin qırarı ilə həbs-qətimkan tədbiri seçilib.



    İstintaq zamanı müəyyən edilib ki, E.Cabarov mərhum Zaur Mircəfərovun narkotik vasitələrin satışı ilə məşğul olmasını bilib  və buna görə ona haqq verməsini tələb edib. 2019-cu ilin dekabrından 2020-ci ilin fevralına qədər Z.Mircəfərov müxtəlif vaxtlarda E.Cabarova aylıq haqq ödəyib. Axırıncı dəfə isə 200 manat pulu şəxsən özü deyil, hər ikisinin tanışı Qalib Əbdürrəhmanov vasitəsilə Eldara göndərib.
    Son günlər Z.Mircəfərov tələb edilən pulu E.Cabarova verməyib, onun zənglərini cavablandırmayıb. Bu səbəbdən E.Cabarov onu kirayə qaldığı mənzilə çağırıb. “Qonağ”ını digər qonaqların gözü qarşısında “Makarov” tipli tapança ilə ürəyindən vurub.

    “Əmioğlu”nun “Dəvəçili Koba”və “Xalaoğlu”ilə iş birliyi

    İstintaq zamanı təqsirləndirilən Eldar Cabarov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib. İlkin ifadələrində 2014-cü ildə türmədən çıxdıqdan sonra Moskvaya getdiyini, iki il orada yaşadığını, mərhum Z.Mircəfərovla da elə Moskvada tanış olduğunu, aralarında dostluq münasibəti yarandığını deyib. Bu münasibət Bakıya qayıtdıqdan sonra da davam edib, ara-sıra görüşüblər.



    Qanqsterin ifadəsindən:  “Zaur mənə maddi köməklik edirdi, ara-sıra marixuana gətirirdi. Onun narkotik satışı ilə məşğul olub-olmadığını bilmirəm. Qalib Əbdürrəhmanovla da Zaurun (Zaurla Qalib öz aralarında bir-birinə “xaloğlu” deyə müraciət ediblər-red.) vasitəsilə tanış olmuşdum. Zaur Qalibi mənə “Dəvəçili Koba” kimi təqdim etmişdi”.

    “Gecə vaxtı niyə mənimlə görüşməyə can atırsınız?”

    E.Cabarovun ifadəsinə görə, ötən il fevralın 21-də Qalib ona zəng vurub Zaurla birgə “Zəngəzur” saunasına getdiklərini deyib, onu da dəvət ediblər. Lakin E.Cabarov evdə qonağı olduğu üçün getməyib: “Zaur özü də zəng vurdu, dedim qonağım qadındır, gələ bilmərəm. Bir az keçmiş Qalib bizə gəldi, söhbət zamanı dedi ki, Zaur da səninlə görüşmək istəyir, bəlkə onu da çağırım. Dedim, sözünün canını de, gecə vaxtı niyə mənimlə görüşməyə can atırsınız? Dedi ki, Zaur payımı yeyib vermir, səni eşidər, mənə kömək elə. Dedim başqa yerdə danışıb söhbət edərik, bu evi tanımasın”.



    Zaurla rahat söhbət etməkdən ötrü Eldarın Masazırda kirayələdiyi evə gediblər, Zaur özü də ora gəlib.

    “Əmioğlu” ifadəsində deyir:  “Zaurun qanı qara idi. Dedim Zaur, niyə Qalibnən yola getmirsən? Aranızdakı pul söhbəti nədir? Zaur da əsəbi halda “ İrandakı bilər, mən bilərəm, Qalib kimdir? Sən niyə bu söhbətə qarışırsan? ” cavabı verdi. Dedim, səsinin tonunu aşağı sal, qarışma deyirsən, qarışmaram.
    Onun mənimlə bu cür danışmasına əsəbləşib əlimin arxası ilə ağzından sillə vurdum. Qəflətən ayağa durub əlini belinə atdı. Belindəki bıçağın knopkasını açanda cəld ayağa qalxıb silahı çıxarıb ayağına tuşladım. Əlində bıçaq mənə sarı gələndə dedim ki, üstümə bıçaq çəkirsən? Bu sözdən sonra elə bil Zaur ayıldı, bıçağı qatladı. Qalib Zaurla mənim arama girib bizi sakitləşdiridi.
    Zauru görmürdüm, tapançanı şalvarın kəmərinə salmaq istədim. Zaur tullanıb tapançanı tutdu. Əli ilə buranda əlim ağrıdı, qışqırdım, bu an güllə açıldı. Güllə Zaurun ürəyindən dəydi”.



    E.Cabarov Zauru öldürmək niyyəti olmadığını, hadisənin səbəbkarının Qalib olduğunu deyib: “Onu öldürmək niyyətim olmayıb. Əgər olsaydı neçə saat çöldə idik, onda öldürərdim.  Mübahisə vaxtı Qalib Zauru tutsaydı, mən silah çıxarmazdım. Mən heç vaxt Zaurdan haqq almamışam. Zaurla heç bir konfliktim olmayıb. Həmin gün Zauru çağırmamışdım, özü gəlmişdi”.

    “Meyiti mələfəyə bükdüm, liftə qoyub aşağı düşürdüm...”

    “Əmioğlu” səhər saatlarında Zaurun meyitini evdən təkbaşına çıxarıb zirzəmidə basdırdığını deyib: “Zaura qəbir qazmaq üçün yer axtarırdım. Taksi çağırıb axşam həmin yerə gəldim. Masazırdakı kirayələdiyim binanın yaxınlığındakı yarımtikilinin zirzımisində qəbir qazdım. Mənzilə qalxıb Zaurun maşınının açarlarını götürdüm.
    Maşını blokun qabağına sürdüm. Sonra meyiti mələfəyə büküb dəhlizə çıxartdım.Meyiti liftə qoyub aşağı düşürtdüm və maşının qabaq oturacağına yerləşdirdim. Birbaş yarımtikiliyə gəldim. Meyiti maşından çıxarıb sürüyüb qəbir qazdığım yerə gətirdim, üstünü torpaqla örtdüm. Polis əməkdaşları tərəfidnən saxlanıldıqdan sonra Zaurun meyitini basdırdığım yeri onlara göstərdim”.

    Məhbəs yoldaşının oğurlanması ilə bağlı epizoda gəlincə isə, “Əmioğlu” deyib ki, Eldənizin ona 50 min manat borcu (Zərərçəkmiş E.Səmədov ifadəsində “Əmioğlu”ya heç bir borcu olmadığını deyib-red.) olub, dəfələrlə ondan pulunu geri istəyib: “Yasamaldakı evi 35 minə, maşını isə 15 min manata dəyərləndirmişdilər. Dedim, ev lazım deyil, heç olmasa maşını mənim adıma keçirt”.

    Öldürülən narkotik alverçisinin arvadı: “Ailəsinə, uşaqlarına çox bağlı idi...”

    Zərərçəkmiş Yeganə Mircəfərova ifadəsində Zaurla 2005-ci ildə ailə qurduqlarını, birgə nikahdan iki övladları dünyaya gəldiyini, ərinin çox mehriban, ailəsinə, uşaqlarına bağlı bir insan olduğunu deyib. Zaur əvvəl müxtəlif yerlərdə fəhlə işləyib, hərdən ticarət məqsədilə Rusiyaya gedib-gəlib, sonradan isə H.Z.Tağıyev qəsəbəsində icarəyə çay evi götürərək onu işlədib.
    Hadisədən bir gün əvvəl gecə saat 11-də işdən gələn Zaur arvadına deyib ki, paltarlarımı yığ, Qaliblə saunaya gedirəm: ” Gecə saat 03-də Zaura zəng vuranda dedi ki, narahat olma, yoldayam, gəlirəm. Ondan sonra Zaurun telefonuna zəng çatmadı. Məcbur qalıb Qalibə zəng vuranda dedi ki, Zaur məni evə düşürəndən sonra Xırdalana sarı getdi. 
    Fevralın 25-də Zauru Sumqayıt şəhər sakini Eldar adlı şəxsin öldürdüyünü öyrəndik. Zaurun narkotik istifadəçisi olması barədə ölümündən sonra eşitmişəm. Onun hərəkətlərində hər hansı dəyişiklik hiss etməmişəm”.
     


    Hadisənin birbaşa şahidi, təqsirləndirilənin və mərhumun yaxın dostu “Dəvəçili Koba” ləqəbli Qalib Əbdürrəhmanov ifadəsində Zaur Mircəfərovu uşaqlıqdan tanıdığını, bir-birlərinə “xaloğlu” deyə müraciət etdiklərini, “Əmioğlu”nu isə 2019-cu ilin dekabrında Zaurun vasitəsilə tanıdığını göstərib: 
    “Hamı onu kriminal aləmdə hörmətli şəxs kimi tanıyırdı. Sumqayıtda ona “Əmioğlu” deyə müraciət edirdilər. Zaur demişdi ki, səni də “Əmioğlu” ilə tanış edəcəyəm, onun Rusiyada tanışları var, çətinə düşsən sənə köməklik edərlər. Həmin ərəfələrdə mən Rusiyaya gedib-gəlirdim, orada təmir işləri görürdüm. Bu yolla ailəmi saxlayırdım”.
    Şahid təsdiqləyir: “Əmioğlu” Zaurdan haqq tələb edirdi...

    Şahid ifadəsinin davamında deyib ki, narkotik satışına görə Eldar Zaurdan haqq tələb edib. Zaur da 2019-cu ilin dekabrından başlayaraq narkotikin satıına mane olmaması üçün Eldara pul verib. Bir sözlə, Eldar Zauru müdafiə edib, hər hansı mübahisənin onun lehinə həll olmasına köməklik göstərib. Zaur da Eldara görə Sumqayıtda rahat alverini eləyib. Axır vaxtlar Eldar Zauru bezdirib deyə sonuncu onun telefonlarına cavab verməyib.

    Şahidin ifadəsindən:  “Hadisə baş verən gün Zaurun xahişi ilə onunla birgə Eldarın evinə getdik. Zaur Eldarı öpmək istədi, amma Eldar çox soyuq görüşdü. Dedi ki, sən qudurmusan, mənim telefonlarıma cavab vermirsən? Onda maşınını burda qoyub gedərsən. Zaur belə bir şeyin olmadığını deyındə Eldar əsəbi halda “mən yalançıyam?” deyib siqaretin kötüyünü onun alnına basdı. Zaur da ayağa qalxıb “çaşmısan?” deyib Eldarı itələdi. 
    Əlini yalandan belinə ataraq onu qorxutmaq istədi. Zaurun belində heç nə yox idi. Eldar silahı çıxarıb hazır vəziyyətə gətirəndə qarşısına keçib atəş açmamasını xahiş etdim. Mənə, “sən öl, qabağımdan çəkilməsən, səni vuraram” dedi. Atəş Zaurun sinəsindın dəydi. Zaur ona “Əmioğlu, məni niyə vurdun” deyib döşəməyə yıxıldı. 
    Eldar cavabında “Məni zibilə saldın” dedi. Həmin vaxt Zaurun tanışı İlahə adlı qadın da bizim yanımızda idi. O, yaralını xəstəxanaya aparmağı təklif etsə də Eldar güllənin ürəyindən dəydiyini, artıq keçindiyini bildirdi”.

    Şahidin ifadəsinə görə, Eldar həm ona, həm də İlahəyə hədə-qorxu gələrək silaha əllərini toxundurmağı tələb edib. Bunu onunla əsaslandırıb ki, silaha toxunsalar hadisə barədə heç kimə xəbər verməyəcəklər.

    “Eldara dedim ki, Zaurun ailəsi məndən şübhələnəcək, axırıncı dəfə mənimlə birgə evdən çıxıb. Ona görə belə dedim ki, getməyimə icazə versin. Sonra dükana gedəcəyimi deyib oradan çıxdım.
    Mən meyitin basdırılmasına kömək etməmişəm. Zaurla mənim aramda heç bir pul söhbəti olmayıb. Münasibətlərimiz yüksək səviyyədə olub. Bir-birimizə pul borcumuz olmayıb. Bu haqda Eldardan heç nə xahiş etməmişəm. Zaur Məndən 20 min manat borc pul almayıb. Zaur narkotik satışından Eldara aylıq haqq verirdi. Mübahisə də buna görə idi”,-şahid hadisənin təfərrüatları haqda daha sonra bunları deyib.

    İnarə Rafiqqızı

    Oxunub: 590
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.