Yasamalda baş verən dəhşətli qətllə bağlı – Yeni xəbər
Bakının Yasamal rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən Ramil İsrafilov və Rauf Hənifəyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Hər iki şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Belə ki, bu qətl hadisəsindən iki gün əvvəl Cəlal Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb.
Tural adlı şəxs ora tək gəlməyib. O, tanışları Ruaf Hənifəyev və Ramil İsrafilov ilə birlikdə həmin ünvana gəlib.
Bu vaxt tərəflər arasında dava başlayıb, Rauf Hənifəyev Cəlal Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.
Bundan əlavə, o, oğurluq və soyğunçuluğa görə də həbsdə olub.
Ramil İsrafilov isə əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.
Yasamal rayon Prokurorluğunda istintaq davam edir.