Yunanıstanda meşə yanğınları kəndi külə çevirdi - Ada sakinsiz qaldı - FOTOLAR

Yunanıstanın Eviya adasında meşə yanğınları bir neçə istiqamətdə yayılıb. Yaxınlaşan alova görə kənd sakinləri paromlarla təxliyə olunub.
Məlumata görə, Eviyada yüzlərlə ev yanıb külə çevrilib. Hökumət yanğına nəzarətin əldən çıxdığını bildirib.
Bundan əvvəl qədim Olimpiya sakinləri evlərini tərk etmək
məcburiyyətində qalmışdılar. Ümumilikdə ölkədə 150-dən artıq nəhəng yanğın ocağı var. Vəziyyəti çətinləşdirən amillər isə - kölgədə 40 dərəcədən yuxarı temperatur və güclü küləkdir.
Qeyd edək ki, indiyə qədər yanğınlarda iki nəfər həlak olub, 20 nəfər yaralanıb.








Oxunub: 224
Xəbəri paylaş
Paylaş: