Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
Ukraynada təxminən 1,5 milyon çağırış yaşında kişi, Mərkəzi Ərazi Komissiyalarda (TÇK) məlumatlarını vaxtında yeniləmədikləri üçün axtarışdadır.
Bu barədə Ukrayna parlamentinin deputatı Qalina Yançenko bildirib.
“Rəqəm heyrətamizdir, təxminən 1,5 milyon kişi məlumatlarını yeniləməyib və indi axtarışdadırlar”, – Yançenko vurğulayıb.
O əlavə edib ki, belə şəxslər TÇK əməkdaşları tərəfindən tutulduqda, onlar müvafiq xidmətləri keçmək üçün təlim mərkəzlərinə göndəriləcəklər.
Press-fakt
Oxunub: 23
Xəbəri paylaş
Paylaş: