BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO

Madaqaskar Prezidenti Andry Rajoelina, həftələrdir davam edən hökumət əleyhinə etirazlar və çevriliş cəhdləri fonunda ölkədən qaçıb.
Ölkə.az xəbər verir ki, Prezident Andry Rajoelina ölkəni trək edərkən xalqa müraciət edib. Sosial mediada paylaşdığı xalqa müraciətində deyib ki, problemləri həll etməyin yalnız bir yolu var: “Bu, mövcud konstitusiyaya hörmət etməkdir".
Rajoelina təhlükəsizlik məqsədləri ilə "təhlükəsiz ərazidə" olduğunu təsdiqləsə də, harada olduğu barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, Madaqaskarda elektrik enerjisi və suyun kəsilməsinə qarşı son həftələrdə başlayan nümayişlər qısa zamanda prezident Rajoelinanın istefası tələbi ilə hökumət əleyhinə etirazlara çevrilib.
Böhranın dərinləşməsi və təhlükə risklərinin artması səbəbindən prezident ölkəni tərk etməli olub.
Fransa radiosu RFI-nın məlumatına görə, Prezident Rajoelina Prezident Makronun təsdiqindən sonra Fransa hərbi təyyarəsi ilə ölkəni tərk edib və ailəsi ilə birlikdə əvvəlcə La Reunion adasına, sonra isə açıqlanmayan yerə aparılıb.