Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...

Rusiyanın işğal etdiyi Krımın Feodosiya şəhərində yerləşən böyük neft bazasında güclü yanğın artıq sutka yarımdır davam edir. Ukrayna mənbələrinin bildirdiyinə görə, obyekt ukraynalı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Hadisə şahidlərinin məlumatına görə, dronlar Rusiya hava hücumundan müdafiə sistemlərinin açdığı sıx atəş zonasını keçərək yarıb, birbaşa neft anbarlarını hədəfə alıblar.
Şəhər üzərində qalın, toksik tüstü buludları müşahidə olunur, duman hətta Qədim Krım ərazisindən belə görünür. Yerli sakinlər yanıq və neft qoxusunun on kilometrlərlə uzaqdan hiss olunduğunu bildirirlər.
Rusiya tərəfindən təyin olunmuş “Feodosiya administrasiyası” ətraf ərazilərdən 800-dən çox insanın təxliyə edildiyini açıqlayıb. Hadisə yerində fövqəladə xidmətlərin çalışdığı, lakin yanğının hələ də tam söndürülmədiyi qeyd olunur.
Press-fakt