Zelenski nə geyinir? -
Brendlər, qiymətlər - FOTO
Rusiya ilə müharibə aparan Ukrayna Prezidenti Vladimir Zelenskinin qarderobu müşahidəçilərin ən çox diqqət yetirdiyi məsələlər sırasındadır. Bəzi ekspertlər bir vacib məqamı qeyd edir - Ukrayna dövlətinin başçısı Ukrayna Silahlı Qüvvələrinin formasını geyinmir, bununla da o, vətəndaşlara hərbçilərin şöhrətini mənimsəmədiyi barədə siqnal göndərmiş olur. O, iş kostyumunu və köynəyini köynək və rahat hərbi üslublu şalvara dəyişib.
Globall.az milli.az-a istinadən xəbər verir ki, UNIAN Ukrayna dövlət başçısının qarderobundan, 2022-ci il müharibəsi zamanı onun geyim üslubundan bəhs edən məqalə dərc edib.
Zelenskinin 5.11, Hallyard, 281.z markalı köynəklər geyindiyi diqqətə çatdırılıb, onların qiyməti də orta hesabla 400-600 qrivna təşkil edir. Bundan əlavə, prezident Ukraynanın "M-Tac" brendindən xaki rəngli gödəkçələr və hərbi üslublu şalvar geyinir.
Ukrayna dövlət başçısının ayaqqabılarına gəlincə, onlar da ucuzdur. Belə ki, onun Buçaya Saucony idman ayaqqabısının 50 dollara başa gəldiyi vurğulanır.