Ukrayna prezidenti 2019-cu ildə 97 nəfəri əfv edib
Ukrayna prezidenti Vladimir Zelenski 2019-cu ildə 97 vətəndaşı əfv edib.“Report”un məlumatına görə, bu barədə Ukrayna prezidentinin ofisi bildirib.
"Ukrayna prezidenti V.Zelenskinin fərmanları ilə 2019-cu ilin 28 mayından 28 dekabra qədər 97 nəfər əfv edilib", - deyə dövlət başçısının ofisinin "Ukrayna xəbərləri" agentliyinin sorğusuna cavabında bildirilir.
Qeyd edilir ki, əfv edilənlərdən 11-i qadın və 86-sı kişidir.Bağışlanılanlardan neçəsinin xarici dövlətlərin vətəndaşları olması barədə informasiya verilmir.
Oxunub: 384
Xəbəri paylaş
Paylaş: