Azərbaycanda qolf meydançasında QƏZA:
yaralılar var
Azərbaycanda qolf meydançasında qəza baş verib.
Globall.az Lent.az-a istinadla xəbər verir ki, hadisə İsmayıllı rayonunda qeydə alınıb.
Rayon ərazisində yerləşən meydançada istirahət edən Rusiya vətəndaşları Lyubov Seredkina, Larisa Xurasteyeva və Reneta Safarqaliyeva qolf arabası idarə edərkən arabanı aşırıblar. Nəticədə onların hər üçü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 260
Xəbəri paylaş
Paylaş: