Çində son sutkada cəmi 3 nəfər koronavirusa yoluxub –
Səhiyyə üzrə Dövlət Komitəsi
Çində son 24 saat ərzində 3 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
RİA Novosti xəbər verir ki, bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, son sutkada daha 53 xəstə sağalaraq evə buraxılıb, ölüm hadisəsi olmayıb.
Yoluxma hallarının ikisi Şanxayda, biri isə Şandonq əyalətində aşkar edilib./apa
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: