ÜST:
"Koronavirusa qarşı vaksini hazırlamaq çətindir"
“COVID-19-a qarşı 100-dən çox peyvəndimiz var. Ancaq koronaviruslar çox aldadıcı viruslardır. Bu tip viruslara qarşı peyvənd hazırlamaq olduqca çətindir”.
DHA xəbər verir ki, bunu ÜST-nin sözçüsü Marqaret Harris deyib.
“ABŞ və Braziliyada epidemiyanın başlanğıcından bu yana etdiyimiz bütün xəbərdarlıqlar ciddiyə alınmayıb”, – təşkilat sözçüsü əlavə edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb/report.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: