Bakıda yolu keçən gənc qızı avtomobil vurub
Bakının Sabunçu rayonunda 24 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən İsmayılova Röya Oqtay qızını avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 97
Xəbəri paylaş
Paylaş: