Biləsuvarda eyni ərazidə iki yol qəzası olub, xəsarət alanlar var
Biləsuvar rayonunda bu gün səhər saatlarında eyni ərazidə xəsarətlə nəticələnən iki yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hər iki hadisə rayonun Süd zavodu yaxınlığında qeydə alınıb. Bu qəzada 3 nəfər rayon sakini - 1989-cu il təvəllüdlü G.Rufullayeva, 1989-cu il təvəllüdlü T.İmanova və 2016-cı il təvəllüdlü D.Mirzəyeva xəsarət alıb. Digər avtoqəza zamanı "VAZ 2106" markalı minik avtomobili yolun kənarına aşıb. Qəza nəticəsində sürücü, 1978-ci il təvəllüdlü F.Qurbanov xəsarət alıb. Hadisələr zamanı xəsarət alan 4 nəfər rayon xəstəxanasına yerləşdirilib. Faktlarla bağlı araşdırmalar aparılır.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: