Sumqayıtda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanılıb
Ötən gecə Sumqayıtda idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin 1987-ci il təvəllüdlü Şirinov Zaur Əliəskər oğlu olduğu müəyyənləşib. O, saxlanılaraq məsuliyyətə cəlb olunub. Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Çerkası küçəsində baş verib. Hadisə nəticəsində piyada, 2006-cı il təvəllüdlü Ceyhun Cavadov ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 170
Xəbəri paylaş
Paylaş: