Bakıda 16 yaşlı qız dəm qazından zəhərlənərək ölüb
Bakıda gənc qız dəm qazından zəhərlənərək ölüb. "Report"un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: