Bakıda gənc oğlan dəm qazından zəhərlənərək ölüb
Bakıda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.
Hadisə yanvarın 10-u saat 21:25 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Hacıyev Nihad Səyavuş oğlu yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş: