Allahşükür Paşazadəyə yeni müavin təyin olunub
Qafqaz Müsəlmanları İdarəsində iyulun 18-də Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.
İdarədən verilən xəbərə görə, toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunub və qəbul olunub.
İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfat etməsi, səhhəti ilə əlaqədar və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar üç nəfərin səlahiyyətli nümayəndə, üç nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib. Qazılar Şurasına yeddi nəfər yeni qazı və QMİ-nin üç yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin (Bəxtiyar Nəcəfov) təyin olunub.
Bununla da şeyxülislam Allahşükür Paşazadənin müavinlərinin sayı altıya çatıb.