Samuxda yük maşını və istixana yandı
Samux rayonunda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, rayonun Çobanabdallı kəndində “Mercedes-Benz” markalı yük avtomobilinin yanar hissələri və banında kapron çəlləklərə yığılan 1,5 ton işlənmiş yağ yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 3 000 kvadratmetr olan istixananın polietilen üzlüyü 100 kvadratmetr sahədə əriyib. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 116
Xəbəri paylaş
Paylaş: