Gəncədə qəza: Xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet” markalı minik maşını yolun kənarında dayanan digər avtomobilə çırpılıb. Qəza zamanı “Chevrolet”nin sürücüsü, 1983-cü il təvəllüdlü Vaqif Tapdıq oğlu Rəhimov və onun övladı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 131
Xəbəri paylaş
Paylaş: