Goranboyda avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Goranboy rayonunda Gəncə şəhərinə doğru hərəkətdə olan sərnişin avtobusu ilə VAZ-2107 markalı minik avtomobili toqquşub, xəsarət alanlar var. “Report”un Qərb bürosunun məlumatına görə, zərbənin gücündən minik avtomobili aşıb. Qəza nəticəsində, 1983-cü il təvəllüdlü Ceyhun Rəhimov və 1985-ci il təvəllüdlü Vüsal Əliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 146
Xəbəri paylaş
Paylaş: