Siyəzəndə ağır qəza -
3 nəfər həlak oldu
Siyəzən rayonunda ağır-yol nəqliyyat hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 418
Xəbəri paylaş
Paylaş: