Cəlilabad sakinini əkin sahəsində ildırım vurdu
Cəlilabadda bədbəxt hadisə baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Oxunub: 119
Xəbəri paylaş
Paylaş: