Yunanıstanda alpinistləri ildırım vurdu
Yunanıstanın şimalındakı Drama regionunda bir qrup alpinisti ildırım vurub. Globall.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir alpinist həlak olub, daha bir nəfər isə ağır xəsarətlər alıb. Ötən gün hava şəraiti kəskin pisləşdikdən sonra alpinistləri ildırım vurub. Hadisə yerinə xilasedicilər göndərilib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, dörd nəfərdən ibarət alpinistlər qrupu şənbə günündən başlayaraq 2 min metrdən çox hündürlüyü olan altı zirvəni fəth etməyi planlaşdırırdı.
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: