Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var
Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb. “Toyota” markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 123
Xəbəri paylaş
Paylaş: