Binəqədidə maşından 20 000 manat oğurlanıb
Binəqədi qəsəbəsi ərazisində “Mercedes-Benz” markalı bir avtomobilin saxlanc yerindən 20.848 manat pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 108
Xəbəri paylaş
Paylaş: