Ağdamda talvarlar yanıb, 3 nəfər tüstüdən zəhərlənib
Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində ümumi sahəsi 16 kvadratmetr olan talvarın yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 20 kvadratmetr olan talvarın yanar konstruksiyaları və ərazidə yığılan 78 ton ot bağlamasının 41 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 135
Xəbəri paylaş
Paylaş: