Goranboyda avtomobil aşıb: Ölən var
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Babək Hüseynovun idarə etdiyi VAZ markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: