Qarabağdan gedənlərlə yerli ermənilər arasında dava

Ermənistanda yerli ermənilərlə Azərbaycandan qaçaraq bu süni ölkəyə sığınan qarabağlı ermənilər arasında artıq toqquşmalar, qarşıdurmalar və davalar başlanıb.
Globall.az Milli.Az-a istinadən xəbər verir ki, davalar bəzən şiddətli əlbəyaxaya çevrilir.
Dünən İrəvanən Ərəbkir rayonunda "qarabağlı ermənilərə yardım kampaniyası" ilə məşğul olan 6 nəfərlə yerli sakinlər arasında dava düşüb. Davada iki qarabağlı erməni irəvanlı ermənilərlə yumruqlaşıb.
Hadisə yerinə polis gəlib və dalaşanlar saxlanılıb.
Eyni situasiya Gorus, Masis, İcevan, Dilican, Tavuş və s. yaşayış məntəqələrində yaşanır.
Yerli ermənilərlə qarabağlı ermənilər arasında qarşıdurmaların sayı sürətlə artır.
Ermənistan erməniləri qarabağlı ermənilərə "Ya rədd olun qayıdın yerinizə, ya da çıxın gedin Ermənistandan!" deyirlər.