Xankəndindəki "qorxaq general" həbs olundu
Xankəndindəki terrorçu rejimin tanınmış fiqurlarından biri, qarabağlı ermənilərin silahlı birləşmələrinin sabiq komandanı, "general-leytenant" Mikael Arzumanyan həbs olunub.
Globall.az bildirir ki, İrəvandan Xankəndinə yönələn M.Arzumanyan 2 saat əvvəl Ermənistanın Vardenis (Basarkeçər) rayonunda saxlanılıb.
O, Xankəndinə, mitinqə yönəlirdi.
M.Arzumanyan ermənilər arasında "qorxaq general" kimi tanınır. Qarabağlı ermənilərin silahlı birləşmələrinin başçısı Cəlal Harutyunyan İkinci Qarabağ Müharibəsində raket zərbəsinə tuş gələrək ağır yaralanandan sonra M.Arzumanyan "komandan" təyin edilmişdi.
Oxunub: 212
Xəbəri paylaş
Paylaş: