Paris İrəvanı necə aldatdı? - Plan deşifrə oldu

Ermənilər buna sevinsə də, əslində reallıq tam başqadır.
Globall.az Milli.az-a istinadən bildirir ki, əvvəla, bu silahların Cənubi Qafqazda istifadəsi uğurlu alınmayacaq. Çünki, bu texnika Afrika və Yaxın Şərqin iqlim şəraitinə uyğunlaşdırılıb. 2016-cı ilin dekabrında "Bastion"un peşəkar ordu olmayan "Ənsar-ül-İslam" qruplaşması tərəfindən məhv edilməsi də onu göstərir ki, bu texnika aqressiv görünüşlü metal yığınından başqa bir şey deyil və onun verilməsi sadəcə göstəriş üçündür. Yəni, Makron bu dəmir parçasını Ermənistana verməklə onları "təsəlli" etməyə çalışır, "qorxmayın, biz burdayıq" mesajı verir. O, həm bununla ermənilərin rəğbətini qazanmağa davam edir, həm də regionda sülh prosesinə mane olur.

Ətraflı
Aydın məsələdir ki, sözügedən hərbi texnikanın ötürülməsi ərazilərimizin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə xidmət edəcək. Bu isə birbaşa olaraq vəziyyətin gərginləşməsinə yol aça bilər. Belə olan halda ortaya sual çıxır: Fransanın məqsədi Azərbaycan ilə Ermənistan arasında münasibətləri normallaşdırmaqdır ya əksinə regionda vəziyyəti gərginləşdirmək?

Ermənistan və Fransa hələ də anlamır ki, regionda sülh və əməkdaşlığın alternativi yoxdur. Onlar silahlanma siyasətinə son qoymalı, regionda sülh və firavanlığın bərqərar olunmasına əngəl yaratmamalıdırlar. Beynəlxalq ictimaiyyət də bölgədə sülh şəraitinin formalaşmasına mane olan bu kimi əməlləri qınamalıdır.
Oxunub: 143
Xəbəri paylaş
Paylaş: