Məktəblərə müşahidə kameraları quraşdırılsın -
Deputatdan TƏKLİF
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev özəl məktəblərdə müşahidə kameralarının quraşdırılmasını təklif edib.
Globall.az bildiurir ki, bu barədə Pravda.az-a fikirlərini bölüşən deputat deyib ki, belə olan halda, rəhbərlik və valideynlər özəl müşahidə kameraları vasitəsilə uşağın nə etdiyini, müəllimlərin onunla rəftarını izləyə bilərlər.