ABŞ Türkiyədən tələb edir ki... - Ömer Çelik
Türkiyəni təhlükəsizlik mövzusunda kim olursa-olsun şantaj edirsə, bizim üçün əhəmiyyətsizdir. Türkiyə şantaja boyun əyməz.
Globall.az Trend-ə istinadən bildirir ki, bunu türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransında deyib.
O, ABŞ-nin Türkiyədən Qarabağın azad edilməsi üçün Azərbaycana verdiyi dəstəyi kəsməsini tələb etdiyini bildirib.
"F-16-lar, F-35-lərlə bağlı hər dəfə bir bəhanə uydururlar. ABŞ Türkiyədən Qarabağ məsələsində Azərbaycana dəstəyi dayandırmağı tələb etmişdi. Azərbaycan Qarabağı azad edəndə Türkiyəni şantaj edirdilər ki, bu ölkəyə verdiyiniz dəstək sözügedən döyüş təyyarələrinin göndərilməsinə əngəl törədər".
Oxunub: 105
Xəbəri paylaş
Paylaş: