Qardaşlarımız hansı formada istəsə, elə dəstək olacağıq – AKP
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq mövcuddur.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
Ö.Çelik Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha xatırladıb.
“Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyirik və qardaşlarımızın özünümüdafiə haqqına Türkiyənin haqq davası kimi sahiblənirik. Xüsusilə azərbaycanlı qardaşlarımız onların yanında hansı formada olmağımızı istəsələr, elə də dəstək olacağıq”, – AKP sözçüsü deyib./axar.az
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: