Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
    Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
  • 
  • BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI -
    BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
  • 
  • Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK -
    Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
  • 
  • "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-
    "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
  • 
  • Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb -
    Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
  • 
  • Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında - 
    Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında -  ABŞ buraxılış qurğusunu təqdim etdi
  • 
  • Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
    Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlandı - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
  • 
  • İki ayda dördüncü görüş -
    İki ayda dördüncü görüş - “Erməni radikallar narahatdırlar, amma...”
  • 
  • ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
    ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
  • 
  • AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA -
    AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA -  Sədərək Ticarət Mərkəzində olay /VİDEO
  • 
  • "Hər il təhsilə, təxminən 5 milyard manat ayrılır"-
    "Hər il təhsilə, təxminən 5 milyard manat ayrılır"- Nazir müavini
  • 
  • Pakistanla gərginlik daxili qruplaşmadan qaynaqlanır -
    Pakistanla gərginlik daxili qruplaşmadan qaynaqlanır - Nurulhak Ənvər
  • 
  • Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
    Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
  • 
  • “Tək ya iki dövlət fərq etmir, biz Qəzzanı bərpa etməliyik”-
    “Tək ya iki dövlət fərq etmir, biz Qəzzanı bərpa etməliyik”- Tramp
  • 
  • "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"-
    "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
  • 
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Orxan Lökbatanlı Rəşad Dağlı ilə görüşdü: "Sağollaşanda, belə bir söz dedi..."
  • Rəşad Dağlı prokurorluğa gətirildi
  • Bakının üç rayonunda əməliyyat: 4 nəfər həbs edildi
  • “Qətli şüurlu şəkildə, onu öldürmək üçün törətmişəm“ - Rəşad Dağlı
  • Rəşad Dağlı məhkəmədən BUNLARI XAHİŞ EDİB - Yeni TƏFƏRRÜATLAR
  • Rəşad Dağlının ifadəsi açıqlandı

    • Tarix: 15-12-2023, 10:17

    2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum şəxsin qətlə yetirilməsi haqda məlumat verib.

     

    Bundan 40 dəqiqə sonra Rəşad Dağlı kimi tanınan meyxanaçı, 1984-cü il təvəllüdlü Rəşad Əmirov Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə yaxınlaşaraq təslim olub. O, Qaradağ rayonu ərazisində aralarında baş vermiş mübahisə zamanı İskəndər adlı şəxsi öldürməsini bildirib.

    Məlum olub ki, hadisə Bakı-Qazax magistral yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, Kənar dairəvi yolunun 8-ci km-də baş verib. Prokurorluq və polis əməkdaşlarının hadisə yerinə keçirdikləri baxış zamanı sel sularının axıntısı üçün nəzərdə tutulmuş beton örtüklü arxda üzü üstə uzanıqlı halda kişi meyiti aşkar ediblər.

     

    Rəşad Əmirovun idarə etdiyi “Niva” markalı (10-VR-009) avtomobilə baxış keçirilərkən, saxlanc yerdə kütlə və salonun bəzi yerlərində damcı halında qan ləkələrinin olması müəyyən edilib.

     

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İskəndər Mehdiyevin bədən səthində 14 ədəd bıçaq xəsarəti, qanında isə narkotik vasitə heroin və amfetamin aşkar edilib.

     

    Narkoloji Mərkəzdə keçirilmiş tibbi müayinə əsasən, Rəşad Əmirovun qanında hər hansı narkotik maddə aşkar edilməyib. Narkoloji Mərkəzdən göndərilən məktuba əsasən, İskəndər Mehdiyev 2018-ci ildə “asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olub.

     

    İskəndər Mehdiyev Ağır Cinayətlərə dair İşlər üzrə AR Məhkəməsinin 2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə), Yasamal rayon Məhkəməsinin 2014-cu və 2022-ci il tarixli hökmləri ilə 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəlləri ilə məhkum olunub.

     

    Globall.az  Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib.

     

    İstintaqla müəyyən edilib ki, oktyabrın 28-dən etibarən İskəndər Mehdiyev Rəşad Əmirova zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib. Həmin məsələyə birdəfəlik son qoyulmasından ötrü israrla onu görüşə dəvət edib. Buna görə Rəşad Əmirov onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 4 radələrində idarə etdiyi “Niva” markalı (10-VR-009) avtomobillə Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 4 ünvanında yerləşən mağazaya gəlib ümumi təyinatlı, soyuq silah hesab edilən qatlanmayan bıçaq alıb.

     

    Sonra İskəndər Mehdiyevin yaşadığı Yasamal rayonu, V.Əliyev küçəsindəki 52 nömrəli evin qarşısına gəlib, telefonla əlaqə saxlayaraq onunla görüşüb. Mehdiyev ön sağ oturacağa əyləşdikdən sonra, avtomobili Qaradağ rayonunun Lökbatan qəsəbəsi istiqamətində idarə edib. Kənar dairəvi yolun 14-cü kilometrliyindəki dairədən Yasamal rayonu istiqamətində geri qayıdarkən İskəndər ünvanına nalayiq ifadələr işlətib. Onun “üzdən iraq” olmasını bildirən şəxsləri susdurmaq üçün 3.000 manat pul tələb edib. Bundan hiddətlənən Rəşad Əmirov üzərindəki bıçaqla döş qəfəsinə, kürəyinə və belinə çoxsaylı zərbələr vuraraq, İskəndər Mehdiyevi öldürüb.

     

    İş üzrə dindirilmiş Rəşad Əmirov bildirib ki, İskəndər Mehdiyevlə Yasamalda bir həyətdə böyüyüb, əvvəllər aralarında hər hansı ədavət olmayıb. İskəndər meyxanaçı Ələkbər Yasamallı ilə dayı oğlu – bibi oğlu olub:

     

    “Son 4 il ərzində onu görməmişdim. Meyxana ustası olduğumdan, mütəmadi toy məclislərinə dəvətlər alırdım. Məclislərə dəvətləri birbaşa özüm qəbul etmirdim, danışıqları qardaşım Ağamalı Əmirov aparırdı. Oktyabrın axırlarında Ağamalı zəng vuraraq, İskəndər Mehdiyevin məni axtardığını dedi. Bunu ciddiyə almadım. Bilirdim ki, o, narkotik maddələrin satışı ilə məşğuldur və dəfələrlə məhkumluq həyatı yaşayıb. Bir neçə gündən sonra Ağamalı mənə yenə, İskəndərin dəfələrlə zəng vurub, onu bezdirdiyini dedi. Buna görə, məcbur qalıb ona zəng etdim. İskəndər bildirdi ki, mənimlə “ciddi” söhbəti var, ona görə də, üzbəüz görüşməliyik”.

     

    O, razılaşıb. İskəndərin yaşadığı ünvana istifadəsində olan “Niva” markalı (10-VR-009) avtomobillə gedib:

     

    “Maşınıma əyləşən tanışımdan məni axtarmasının səbəbini soruşdum. İskəndər, cəzaçəkmə müəssisəsində olanda, bir nəfərin mənim “üzdən iraq” olduğumu söylədiyini dedi. Cavab olaraq ona bildirdim ki, bu yaxşı söhbət deyil, ona görə həmin adamın kimliyini mənə desin və nömrəsini versin. İskəndər dedi ki, həmin şəxslə görüşməyim məsləhət deyil, özü bu günlərdə onunla görüşüb bu məsələni yoluna qoyacaq. Sağollaşaraq, ayrıldıq. Telefonumu söndürdüm. 4-5 gündən sonra telefonu yandıranda İskəndər Mehdiyevdən mənə ismarıclar gəldiyini gördüm. İskəndər yazıb ki, “deyəsən sən məsələ ilə razılaşırsan, bu bizim adımıza ləkədir, üzə çıxmağa utanırsan, bu məsələni yoluna qoymaq lazımdır, üzə çıxmırsansa Yasamaldan 1-2 uşaq götürüb, söhbəti özümüz həll edək”. Sms-ləri oxuduqdan sonra bu haqda düşünməyə başladım. Məsələnin üstündən keçməyə çalışdım, beynimdə bunu götür-qoy etdim. Düşündüm ki, hər bir halda bu söhbət yayılsa xoşa gəlməyən vəziyyət yaranacaq. Odur ki, məsələni aydınlaşdırmaq üçün İskəndərə zəng vurmaq qərarına gəldim. Noyabrın 8-də “Monte Carlo” şadlıq sarayında el məclisində iştirak etdim. Ordan gecə saat 1 radələrində çıxdım. Avtomobili idarə edərkən həmin məsələni düşünürdüm. Qərara gəldim ki, İskəndər əsassız təhdidlə məndən pul almaq istəyir. Noyabrın 9-u gecə saat 3 radələrində zəng vurub ondan harda olduğunu soruşdum və evinin qarşısına yollandım. İskəndər gəlib avtomobilimə əyləşdi və dedi ki, məhəllədə dayanmayaq, ora söhbət yeri deyil. Şərifzadə küçəsində yerləşən “Asan xidmət”in inzibati binasının arxasından, Kənar Dairəvi yola çıxdım. “Binə” Ticarət Mərkəzi istiqamətində hərəkət etdim. Yol boyu dəfələrlə İskəndərə dedim ki, məsələni bağlayaq, olmayan söhbəti uzatmağın mənası yoxdur. Lakin İskəndər söhbəti uzatdı və danışığından belə çıxdı ki, guya mən “üzdən irağam”. O dedi ki, bu söhbəti edən adamın maddi problemi var, həmin şəxsə 6.000 manat pul lazımdır. 3000 manatını düzəldib, mən də 3.000 manat verim və bu söhbət bağlansın. Bu an, dəqiq bildim ki, bu söhbət məndən pul almaq üçün ortaya atılıb. İskəndərə sual verdim ki, əgər pul versəm onda “üzdən iraq” olmayacam, amma verməsəm olacam?! Cavab olaraq tanışım “bunu eləmisən, deməli verməlisən!” bildirdi. Aramızdakı mübahisə kəskinləşdi. İskəndər məni el-obaya üz qarası olmaqda ittiham edərək, söyüşlə danışmağa başladı. Ona tərəf çevriləndə əlində bıçaq gördüm. Onun söyüşlərinə söyüşlə cavab verdim”.

     

    Rəşad ehtiyat edib ki, birdən qəflətən onu bıçaqla vurar. Avtomobilin sürətini azaldıb. Sağa əyilərək anidən bıçağı əlindən alıb:

     

    “İskəndər ailəmi söydü, bıçağı geri almağa çalışanda, onun sinəsinə zərbə endirdim və sonra nə baş verdiyini xatırlamıram. İskəndərin hərəkətsiz vəziyyətdə qalmasından onun öldüyünü başa düşdüm. Avtomobildən düşüb, sərnişin qapısına yaxınlaşdım. Meyiti yolun kənarına atmaq qərarına gəldim. Arxadan avtomobillərin gəldiyini görüb, onların keçməsini gözlədim. Yol boşalan kimi qapını açdım. Cəsədin qolundan tutub, dartaraq onu salondan çıxartdım və digər əlimlə arxasından itələyib, yerə atdım. Həmin vaxt yanımdan “Toyota Prius” markalı, açıq yaşıl rəngli avtomobil keçdi. Maşından bıçağı götürdüm, onu da meyitin yanına tulladım. Bundan sonra avtomobilimə minib, Yasamal rayonunda yerləşən atamın yaşadığı evin qarşısına gəldim. Qardaşıma zəng vurub, İskəndəri bıçaqla vurduğumu və məni polisə aparmasını dedim. 5-10 dəqiqə sonra Ağamalı yanıma çatdı, gödəkçəm qana bulaşdığı üçün evə çıxmadım. Ağamalının avtomobili ilə Yasamal rayon Polis İdarəsinə getdim və hadisə barədə məlumat verərək, könüllü təslim oldum. Bir azdan Qaradağ rayon Polis İdarəsindən gələn əməkdaşları məni 10-cu bölməyə apardılar”.

     

    Əlavə dindirmə zamanı Rəşad Əmirov bildirib ki, Bakı-Sumqayıt yolu ilə hərəkət edərkən siqaret almaq üçün mağazaya girib. Siqaret alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var. İskəndərin “boş gəlmə” sözü yadına düşüb. Maşına əyləşib, bıçağı avtomobilin sürət qutusunun qolunun yanına qoyub və İskəndərin yaşadığı evin qarşısına gəlib. Yolda aralarında söhbət kəskinləşəndə İskəndər bıçağı həmin yerdən götürüb və əlində oynatmağa başlayıb. Birinci ifadəsində göstərdiyi kimi, İskəndər ondan həmin söhbətə görə pul ala bilməyəcəyini başa düşəndə, ağır söyüşlər söyməyə başlayıb. Ehtimal edir ki, bundan sonra o bıçağı İskəndərin əlindən alıb. Onun əvvəlcədən, həmçinin hadisə günü tanışına xəsarət yetirmək niyyəti yox imiş. Avtomobildə onunla İskəndərdən başqa heç kim olmayıb. Özü sol bilək nahiyəsindən xəsarət alıb, bunu hadisədən sonra görüb. İstifadəsindəki mobil telefonda SMS-ləri oxuduqdan dərhal sonra silib. Çünki onları görəndə əsəbləşib, həm də ehtiyat edib ki, birdən kimsə ismarıcları görər. Baxmayaraq ki, Mehdiyev göndərdiyi ismarıclarda onu kiminləsə söhbətə dəvət etsə də, hadisə günü bu söhbətləri yayanın adını çəkməyib. Avtomobildə dəfələrlə soruşsa da, ona ad deməyib. Pul verməyə etiraz edərək, İskəndərə deyib ki, “gedək bu sözü deyənlər mənə bunu sübut etsin”.

     

    Zərərçəkmiş şəxsin hüquqi varisi Etibar Mehdiyev ifadəsində göstərib ki, qardaşı İskəndər evli olmayıb. İskəndər uşaq olanda başına dəmir darvaza aşıb, aldığı travma ilə əlaqədar onda psixi pozuntu yaranıb:

     

    “Qardaşım narkotik vasitələrin istifadəçisi olub, 3 dəfə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunub. Rəşad Əmirovun baba-nənəsi bizimlə qonşuluqda yaşayır. Rəşadı uşaq yaşlarından tanıyıram, münasibətimiz yaxşı olub. Axırıncı dəfə 10 ay əvvəl məhkum olunan İskəndər oktyabrın 26-da azadlığa buraxılıb. Qardaşımla bir evdə yaşamağıma baxmayaraq, Rəşadla arasında mövcud olan söhbətlər haqda məlumatım yox idi. Azadlığa çıxdıqdan 1-2 gün sonra İskəndər Rəşadı axtarmağa başlasa da, onu tapa bilməmişdi. Sonra tanışlarının vasitəsi ilə Əmirovun yeni telefon nömrəsini tapıb, onunla əlaqə yarada bilib. İskəndərin Rəşadı nəyə görə axtardığını hadisə gününə qədər bilmədim. Noyabrın 8-də gecə evdə idik. Ayın 9-u səhər saat 4 radələrində

    qardaşım mənə Rəşadın evlərinə gələcəyini dedi. Əmirov əvvəllər bizə gəlib-gedən adam olsa da, son illər, demək olar ki, gəlməmişdi. Təxminən saat 4:30-da Rəşad İskəndərə zəng edib. Telefon danışığından sonra İskəndər aqresivləşib. Nə baş verdiyini soruşanda, qardaşım bildirdi ki, Rəşad barədə xoşa gəlməz söhbət var və buna görə, onlar harasa getməlidirlər”.

     

    Nə məsələ olmasını təkrar soruşduqda, İskəndər bir kəlmə deyib ki, “Rəşad çaşsa, onu “vuracaq”:

     

    “Sözlərindən elə başa düşdüm ki, söhbəti həll etmək, kimisə susdurmaq üçün pul vermək lazımdır. Sonra hazırlaşaraq, evdən çıxdı. Bıçaq və ya digər alət götürməmişdi. Hara gedəcəklərini soruşmadım. Münasibətlərinin mehriban olduğunu bildiyim üçün qardaşımın Əmirovu bıçaqla vuracağını ciddi qəbul etmədim. Saat 8 radələrində qohumlarım zəng vurub İskəndərin öldürülüldüyünü xəbər verdilər”.

     

    Etibar Mehdiyev əlavə edib ki, qardaşının Rəşad Əmirovun “cinsi azlıq” olması ilə bağlı məlumatı hardan aldığını, bunun mənbəyini bilmir.

     

    Şahid qismində dindirilmiş Ağamalı Əmirov bildirib ki, gecə saatlarında Rəşad zəng edərək, onu yanına çağırıb. Gödəkcəsi yaş olduğuna görə ondan yeni gödəkcə gətirməsini istəyib:

     

    “Mənzilə qalxıb, qayıdanda onun həyətdə olmadığını gördüm. Rəşadın gözləri zəif olduğuna görə qaranlıqda avtomobil idarə edəndə əziyyət çəkirdi. Rəşadın həyətdə olmadığını gördükdə narahat oldum. Telefon zənglərinə cavab vermədi. Bundan bir saat sonra Rəşad zəng edərək, gəlib onu polisə aparmağımı bildirdi. Daha sonra birlikdə Yasamal rayon Polis İdarəsinə getdik. Yolda hadisə ilə bağlı sorğu-sual edəndə, o, şok vəziyyətində olduğundan açıqlama vermədi. İskəndər Mehdiyevi şəxsən yox, sadəcə meyxana ustası Ələkbərin qohumu kimi tanımışam. Hadisədən sonra internet portallarda şəklini görmüşəm. Menecer kimi qardaşımın işlərini gördüyümdən, hadisədən əvvəl İskəndər bir neçə dəfə mənimlə əlaqə saxlayaraq, Rəşadı soruşmuşdu. Toylarla əlaqədar mənə çox zəng gəldiyinə görə, İskəndərin zənglərini ciddi bir hal kimi qarşılamadım. Mehdiyev təkidlə yığaraq Rəşadla görüşmək istədiyini, onun özünə çatdırmalı sözü olduğunu bildirdi. Axrıncı dəfə, noyabrın 2-də İsgəndər zəng edəndə cavab vermədim. Ardınca yazdığı mesajda təcili Rəşadla danışmalı olduğunu yoxsa gec olacağını dedi. Bu barədə Rəşada məlumat verdikdə, qardaşım mənə İskəndərin nömrəsini bloka atmağımı dedi. Ələkbər Yasamallı xaricdə olduğundan İskəndər Rəşadla mənim vasitəmlə əlaqə saxlamağa çalışıdı. Qardaşım üzərində heç vaxt bıçaq gəzdirməzdi”.

     

    Şahid Azər Quliyev ifadəsində göstərib ki, bibisi oğlu İskəndər Mehdiyevlə ancaq qohum kimi məclislərdə görüşüb. Rəşad Əmirov tez-tez onlara gəlib-gedib, Yasamalda məhəllə uşaqları olublar:

     

    “İskəndər Mehdiyev əsəbi, xassiyətcə davaya meyli insan idi. Onun anası 2022-ci ilin oktyabr ayında vəfat edib. Cümə axşamı məclisində olanda, İskəndər telefonunda kontur olmadığını deyib, telefonumu istədi. Zəng vurduğu adam cavab vermədiyindən, telefonu qaytardı və bildirdi ki, əgər həmin nömrədən geri zəng gəlsə ona deyim. Sonra onun diktəsi ilə həmin nömrəyə “mənəm İskəndərdi, məni yığ” sözlərini yazıb göndərdim. SMS yazandan bir neçə saniyə sonra həmin nömrədən zəng gələndə, telefonu İskəndərə verdim.

     

    Həmin şəxsə “səninlə işim var, telefon söhbəti deyil, görüşməliyik” sözlərini söylədi. Bundan sonra sağollaşdıq və bibim oğlu telefonu qaytarıb mənə təşəkkür etdi. Kiminlə danışdığını soruşmasam da, İskəndər özü dedi ki, danışdığı şəxs Rəşad Dağlıdır. Sonra otaqdan çıxdım və məclisə gələn insanlara qulluq etdim. İsmarıcı həmin gün telefonundan sildim. Noyarbın 9-da qohumlarımdan eşitdim ki, Rəşad İskəndəri öldürüb”.

     

    Şahid Samid Adıgözəlov bildirib ki, əvvəllər fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub. Xətai rayonunda yaşayır:

     

    “Noyabrın 8-i saat 18 radələrində dostum Rüfətlə məhəllədə yerləşən çayxanada olanda, Rüfət dedi ki, səhər saat 8-də Lənkəran şəhərində işdə olmalıdır və onu Lökbatan dairəsinə aparmağımıı xahiş etdi. Ayın 9-na keçən gecə, saat 3:50-də yuxudan oyanaraq, evdən çıxdım və Rüfəti götürüb, “Toyota Prius” markalı avtomobillə Lökbatan istiqamətində hərəkət etdim. Gecə saatları olduğundan yolda avtomaşın az idi, bu səbəbdən saat 4:50-də deyilən yerdə Rüfəti düşürdüm. Yanacaq doldurmaq üçün Lökbatan dairəsindən Qazax-Bakı magistral yoluna çıxdım və təxminən 3-4 km hərəkət etdikdən sonra qarşıda, yolun sağ tərəfində qara rəngli “Niva” markalı avtomobilin dayandığını, bir nəfərin qapını açıb, oturacaqdan digər şəxsi dartıb, aşağı saldığını və beton örtüklü arxın yanına qoyduğunu gördüm. Bu an artıq “Niva”ya tam yaxınlaşdım. Dayanmadan avtomobili bir qədər qarşıya sürüb yolun sağında saxladım və işıqlarını söndürdüm. Düşündüm ki, maşından çıxarılan şəxs qadındır və aralarında narazılıq yaranıb deyə həmin şəxs qadını orda qoyub gedəcək. Ona görə də, gözləmək və qadını ordan götürüb, evlərinə çatdırmaq qərarına gəldim. 1-2 dəqiqədən sonra “Niva”nın sürətlə keçdiyini görüb, avtomobili arxaya, geriyə hərəkət etdirərək, həmin yerə getdim. Maşından düşmədən gördüm ki, bir nəfər kişi cinsli şəxs uzanıqlı vəziyyətdədir, paltarları qana bulaşıb, tərpənmədiyindən, öldüyünü başa düşdüm. Mühərriki işə salıb, “Niva”ya çatmaqdan ötrü sürətlə hərəkət etdim və telefonla “102” Çağrı mərkəzinə zəng edərək hadisə barədə məlumat verdim.

     

    “Niva”ya çatıb, nömrəsinin 009 olduğunu gördüm. Ötmə əməliyyatı edib yanından keçəndə, gördüm ki, sürücü təkdir, ondan başqa maşında heç kim yoxdur. Onu tanımadım. Sürücü maşınını mənə tərəf baxmadan idarə edirdi. Yol ayrıcından geri dönərək, yenə Lökbatan dairəsinə tərəf getdim. Ora yaxınlaşanda mobil telefonuma zəng gəldi. Danışan şəxs özünü Qaradağ rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək xidməti avtomobil ilə məni Lökbatan dairəsində gözlədiklərini dedi.

     

    Ora çatıb, polis əməkdaşlarına işarə etdim ki, arxamca gəlsinlər. Onları hadisə yerinə apardım. Meyitin üzü üstə arxın içərisində uzanıqlı halda, ətrafın qan, yanında tiyəsi qana bulaşmış bıçaq olduğunu gördük. Hadisə yerinə prokurorluq əməkdaşları və əməliyyatçılar gəldilər. Sonra cəsəd müayinə üçün pataloji anatomiya şöbəsinə aparıldı”.

     

    Hadisə yerində olduğu müddətdə polis əməkdaşlarının sözlərindən bilib ki, qətlə yetirilən şəxsin adı İskəndərdi və onu meyxanaçı Rəşad Dağlı öldürüb. Mobil telefonu ilə onun, meyiti avtomobildən dartıb, yerə salması anını video və və ya foto görüntüsünü çəkməyib. Rəşad Əmirovla şəxsi tanışlığı olmayıb, onu meyxanaçı kimi yalnız müxtəlif televiziya verilişlərində görüb.

     

    Şahid Xankişi Cəfərquliyev ifadəsində göstərib ki, meyxanaçı Rəşad Dağlı noyabrın 8-i səhər saat 4 radələrində onun işlədiyi mağazaya gəlib, iki qutu siqaret və bir ədəd bıçaq alıb:

     

    “Aldığı mallara görə təxminən 45 manat ödədi. Aldığı bıçağın tiyəsi gümüşü rəngli və dəri materialdan olan qabı vardı. Rəşad Əmirovdan aldığı bıçaq barədə heç nə soruşmadım”.

     

    Quraşdırılmış kameradan görüb ki, o, qara rəngli “Niva” markalı avtomobilə minərək gedib.

     

    Məhkəmə iclasında Rəşad Əmirov ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək, heç vaxt soyuq silah gəzdirməməsi səbəbindən Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə elan edilmiş ittihamla razılaşmadığını bildirib.

     

    Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

     

    Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsini, könüllü gəlib təqsirini boynuna almasını və zərərçəkmiş şəxsin hüquq varisi ilə barışıq əldə etməsini yüngülləşdirici hallar kimi nəzərə alıb. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib.

     

     Məhkəmə qənaətə gəlib ki, Rəşad Əmirov qanunsuz olaraq soyuq silah əldə edərək, İskəndər Mehdiyevi qəsdən öldürüb. Bununla da onun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

     

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rəşad Əmirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


    Oxunub: 78
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      14-10-2025
      14:20 | Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
      14:15 | BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
      13:40 | Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
      13:35 | "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
      13:30 | Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
      13:25 | Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında -  ABŞ buraxılış qurğusunu təqdim etdi
      13:20 | Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
      13:15 | KASPAROV, XODORKOVSKİ VƏ DİGƏRLƏRİ...- Kreml onları “dövlət çevrilişinə cəhddə” ittiham etdi
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      13:05 | Azərbaycan, Rusiya və İran üçtərəfli işçi qrupu yaradacaq
      13:00 | İki ayda dördüncü görüş - “Erməni radikallar narahatdırlar, amma...”
      12:55 | ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
      12:50 | AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA -  Sədərək Ticarət Mərkəzində olay /VİDEO
      12:45 | "Hər il təhsilə, təxminən 5 milyard manat ayrılır"- Nazir müavini
      12:40 | Pakistanla gərginlik daxili qruplaşmadan qaynaqlanır - Nurulhak Ənvər
      12:35 | Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
      12:30 | “Tək ya iki dövlət fərq etmir, biz Qəzzanı bərpa etməliyik”- Tramp
      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.