Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərləndi
Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Globall.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qonaq getikləri evin vanna otağında dəm qazından zəhərləniblər.
Oxunub: 53
Xəbəri paylaş
Paylaş: