Gələn ay Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq
Gələn ay Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq. Globall.az-ın xəbərinə görə, bunu İran yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib. Nazir müavini qeyd edib ki, əldə olunan razılaşmaya əsasən, layihənin reallaşdırılmasına 2024-cü ilin əvvəlində, yarım ay sonra başlamağı planlaşdırırlar. Şəhriyar Əfəndizadə 162 km uzunluqdakı bu dəmir yolu xəttinin gələn il İran üçün ən vacib dəmir yolu xətti layihəsi olduğunu vurğulayıb. Rəşt-Astara dəmir yolu Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizi isə öz növbəsində Azərbaycan, Rusiya, İran və Hindistanın nəqliyyat kommunikasiyalarını inteqrasiya edəcək Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir.\apa/