İlham Əliyevin İrana səfəri gözlənilir -
Noubəxtdən açıqlama
Azərbaycan prezidenti İlham Əliyev tezliklə İrana səfər edəcək.
Globall.az “ISNA”-ya istinadla xəbər verir ki, bunu İran prezidentinin nəzarət və strateji məsələlər üzrə müşaviri, plan-büdcə təşkilatının rəhbəri, habelə hökumətin rəsmi təmsilçisi Məhəmməd Baqir Noubəxt bildirib.
Noubəxtin sözlərinə görə, səfər Rəşt-Astara dəmir yolu xətti ilə bağlıdır.
“Bu, Azərbaycan Respublikası hökuməti ilə ortaq layihədir. Həmin layihə çərçivəsində iki ölkə səlahiyyətliləri Gilan vilayətində, Rəşt şəhərində bir araya gələcək”.
Noubəxt əlavə edib: “Şimal-Cənub Nəqliyyat Dəhlizinin tamamlanması şimal ölkələrindən Fars körfəzi bölgəsinə yük daşınmasını asanlaşdıracaq. Qonşu ölkələrimiz, xüsusən də Azərbaycan Respublikası üçün bu vacib məsələdir”.
Oxunub: 323
Xəbəri paylaş
Paylaş: