Prezident onları təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Globall.az sərəncamən mətnini təqdim edir: 1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Xəlfəyev Ziyad Əli oğlu “Tərəqqi” medalı ilə Allahverdiyev Xanlar Xanlar oğlu Allahverdiyev Mehman Firuddin oğlu Babayev Nazim Tahir oğlu Bünyadova Tamilla Hüseyn qızı Əhmədov Kamal İzzət oğlu Əliavsarov Ələkbər Əliəsgər oğlu Əsgərov Asif Şamil oğlu Hidayətzadə Elnur Rəhim oğlu Hüseynli Turac Bəylər oğlu Hüseynov Rahib Ağəli oğlu Qurbanov Bəhruz Seyfulla oğlu Novruzov Əsgərxan Qurban oğlu Rüstəmov Allahverdi Ağəmməd oğlu Rüstəmov Lütfiyar Əyyub oğlu Skydan Hanna Aleksandrovna Şahbanov İbadulla Şəmsuddinoviç Vəliyev Şirin Musa oğlu. 2. Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin: Abdullayev Arif Yədulla oğlu Əbilov Eldar Zöhrab oğlu Məmmədov Fərhad Nizami oğlu. 3. Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin: Beybutov Rafiq Qəmbər oğlu Əliyev Tofiq Zöhrab oğlu Əzizli Eldəniz Yamən oğlu Həşimov Qasım Murtuza oğlu.