İlham Əliyev 3 sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Osmanov Əlixan Qədir oğlu Tağıyev Səbuhi Qiyas oğlu Tağıyev Şəbəl Əbtalıb oğlu “Tərəqqi” medalı ilə Əkbərov Faiq Qabil oğlu Əmrahov Sadıq Qərib oğlu Əsgərov Hidayət Allahverdi oğlu İbrahimov Samir Qayıb oğlu Qasımov Rüfət İlham oğlu Məmmədov Elçin Adil oğlu Məmmədov Emin Şamil oğlu Seyidov Ruslan Məmmədrəsul oğlu. *** Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Fərzəliyev Murad Qoçu oğlu Kərimov Mehman Bayram oğlu. *** Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib: Əliyev Vaqif Hüseynağa oğlu Hüseynov Nazim Qalib oğlu.