Azərbaycanda universitetdə yanğın olub
Gəncədə yanğın hadisəsi baş verib. Globall.az yenisabah.az-a istinadən xəbər verir ki, hadisə Azərbaycan Texnologiya Universitetində qeydə alınıb. Təhsil müəssisəsinin I korpusunun üçüncü mərtəbəsində yanğın başlayıb. Sinif otaqlarından birinin 5 kvadratmetr sahədə döşəməsi yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadası cəlb olunub. Alov söndürülüb. Binanın digər hissələri yanğından mühafizə edilib.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş: