Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"-
    "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
  • 
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Makron buna görə Türkiyəni ittiham edir
  • Müsəlman ölkələri Fransanın anti-islam siyasətinə qarşı birləşdi: “Makron bunun əvəzini ağır ödəyəcək”
  • Makron Fransanın da üzv olduğu NATO-nu mövcud olmayan təşkilat adlandırıb
  • Makronun iqamətgahında baş verən zorlanmaya görə istintaq başladı
  • Makron İran Prezidentini nüvə danışıqlarını sürətləndirməyə çağırıb
  • “Le Fiqaro”: Makronun anti-Azərbaycan planı iflasa uğrayıb

    • Tarix: 28-03-2024, 11:57

    Fransanın dünyaca məşhur "Le Fiqaro" nəşri Azərbaycana qarşı növbəti qərəzli məqaləsi ilə gündəmə gəlib.

    Globall.az   report-a istinadən xəbər verir ki, məqalədə prezident Emmanuel Makronun yürütdüyü siyasətin uğursuzluğu, fəsadları tənqid atəşinə tutulsa da, Fransa hökumətinin Azərbaycana qarşı çirkin siyasəti ortaya qoyulur.

    Yelisey sarayının tezisləri ilə işləyən qəzet yazır ki, Fransa lideri ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmamışdı. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron "erməni məsələsini" Roma Papası ilə də müzakirə etmək istəyib, özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan istədiyi dəstəyi ala bilməyib.

    Bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir, çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək istəmir. Makron məhz İ.Əliyevə məğlub olub.

    Fransanın "Le Figaro" nəşrində "Dağlıq Qarabağın yox olması, reallaşdırıla bilinməyən fransız vədinin xronikası" adlı məqalə dərc olunub. Həmin məqaləni olduğu kimi təqdim edirik:

    "Erməni anklavının Azərbaycan tərəfindən ildırımsürətli istilasından 6 ay sonra "Le Figaro" Fransanın Ermənistanla əlaqələrinə görə xüsusi olaraq gözləndiyi dosyenin siyasi kulislərinə yenidən qayıdır.

    Fransaya Azərbaycanın blokadası nəticəsində 8 ay ərzində təcrid qalmış Dağlıq Qarabağ ermənilərinin yardımına gəlməsi üçün təzyiq etmək məqsədilə Silven Tessonun xəyalına gətirdiyi bütün fikirlərdən bəlkə də bu, ən fantastik olub. Jan Dujardini prezident rolunu oynamağa məcbur etmək və azərbaycanlılar tərəfindən blokada edilmiş anklava aparan yol - Laçın dəhlizinə qədər yürüş təşkil etməkdir. Aktyor yazıçı tərəfindən hazırlanmış mətni oxumalı idi, o sözləri ki, dövlət başçısı özü əraziyə gəlsəydi onları ifadə edə bilərdi. Çünki Tesson əmindir: Emmanuel Makronun səfəri məsələləri dəyişə bilərdi. Məgər Emmanuel Makron "France 2"-nin canlı yayımında yazıçının 2022-ci ilin payızında "Le Figaro Magazine"- də dövlət başçısına qarşı olan dərc edilmiş açıq məktubuna cavab vermədimi: "Biz erməniləri heç bir zaman tərk etməyəcəyik"?

    Bu ifadələr, iki il bundan qabaq Latviyanın paytaxtı Riqada dövlət başçısının "Azərbaycanı istila layihəsinə təşviq edən" Türkiyənin "hərbi ismarıclarını" qınayan ifadələrini xatırlatdı. Bakının Dağlıq Qarabağ regionunun 70%-ni götürdüyü 44 günlük müharibənin başlanmasından bir neçə gün qabaq dövlət başçısı döyüşkən tərzdə, bəyan etdi: "Biz bunu heç bir zaman qəbul etməyəcəyik. Fransa öz rolunda olacaq". Artsaxın Fransadakı nümayəndəsi Hovhannes Guevorkyan yada salır: "Bu o qədər güclü idi! O qədər unikal idi!"

    Qabaqcadan müəyyən edilmiş tale

    Azərbaycanlıların iştahasını sakitləşdirmək üçün daha çox şey lazım idi. 2023-cü il 19 və 20 sentyabrda Azərbaycan Dağlıq Qarabağın yaşayış məntəqələrinə qarşı ordusunu hücuma keçirtdi. 24 saat ərzində 200-dən çox erməninin öldürülməsi və 400-ünün yaralanması yerli hakimiyyəti silahı yerə qoymağa məcbur etdi. Artsaxlılar özlərini, o cümlədən laqeydliklə parıldayan erməni baş naziri Nikol Paşınyan tərəfindən tərk edilmiş hiss edirlər. 120 000 mülki şəxs qədim dövrdən yaşadığı və 5-ci əsrdə xristianlaşdırılmış bu dağlıq ərazini, öz torpağını tərk etdi. Qondarma Dağlıq Qarabağ respublikası öz rəsmi süqutunu elan etdi. Həmin dövrdən, qınayıcı bəyanatlar xaric, Bakı heç bir sanksiyaya məruz qalmadı. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan cənubunun onun növbəti hədəfi olması ilə bağlı xəbərdarlıq etməsindən sonra Paris Yerevanla hərbi əməkdaşlıq qurdu. Dekabrda, ordunun daşınması üçün 24 ədəd zirehli nəqliyyat vasitəsi və həmkarlarına yüksək dağlarda döyüş hazırlığı keçmək üçün 15 dağ atıcıları Qafqaza göndərildi. Fevralın ortasında Yerevana presedenti olmayan səfər çərçivəsində ordu naziri Sebastian Lekornu yeni hərbi avadanlığın göndərilməsini vəd etdi. Fransanın mövqeyi sürgün olmuş artsaxlıları birmənalı olmayan vəziyyətə salır: "Erməni diplomatik mənbəyə görə, Emmanuel Makron bəlkə də yeganə dövlət başçısıdır ki, həqiqətən də onların taleyindən narahatdır. Onun iştirakı səmimi olub. Mən deyə bilmərəm hansı o, uğurlu ola bilmədi".

    Yeliseydə bağlı qapılar arxasında

    2023-cü ilin yanvar ayı, günorta radələrində, Dağlıq Qarabağ hələ blokada altındadır, bir qrup erməniyönümlü fəallar və jurnalistlər Yelisey sarayında toplaşıblar. Burada Paskal Brukner, Olivier Veber və futbolçu Yuri Djorkaeff də var. Prezident onlara diqqətlə qulaq asır, sonra söz alır. "Guilde européenne du Raid" QHT-sinin vitse-prezidenti Hugues Devavrin danışır ki, "o, bizə aşırı dərəcədə həssas olan bir sıra məsələ barəsində məlumat verdi". "O, diplomatik müşaviri İzabelle Dumont ilə hazırladığımız qeydi mükəmməlcəsinə oxumuşdu".

    İlk növbədə prezidentin səfərini tövsiyə edirdi. Hugues Devavrin izah edir - "Mitteranın Sarayevoda etdiyini etmək, əraziyə getmək və bunun daha mümkün olmadığını bəyan etmək". Qeyd həmçinin, qida və dərmanlardan məhrum edilmiş artsaxlıların yardımına gəlmək üçün humanitar konfransın təşkilini təklif edirdi. Və nəhayət, o, Fransanın mülki-hərbi əməliyyatının başlanmasını tövsiyə edirdi.

    Sylvain Tesson yada salır ki, "Biz onun məsələyə yiyələnməsi səviyyəsindən heyran idik. O, Azərbaycanlıların iştahasını anlamışdı və bizdən daha çox bədbin idi - bu da normaldır, çünki o, bizdən daha yaxşı məlumatlıdır. O, artıq bilirdi ki, qurudan hücum olacaq". Qısaca olaraq, intellektuallar mövzunun icraedici qurumda layiq olduğu yerdə olduğu əminliyi ilə çıxdılar. "Makron qarşıdan gələn geosiyasi qarışıqlıq fonunda məsələnin reallıqda Ermənistandan üstün olduğunu anlayırdı".

    Ora tək getməmək

    Dövlət başçısı cavabında deyirdi "rəhbərlərlə müzakirə etmək üçün son şansı verin". Danışıq yolu ilə çıxış tapmağa cəhd etmək üçün Emmanuel Makron bürosundan, Azərbaycan və Ermənistan rəhbərləri ilə boşuna çoxsaylı telefon danışıqları etdi. Diplomatik mənbə qeyd edir ki, "Bəlkə də o, Prezident İlham Əliyevlə ən çox danışan xarici liderdir".

    Humanitar Konfrans layihəsinə start verildi. Lakin heç bir izah olmadan, o, keçirilməsi nəzərdə tutulan tarixdən bir neçə gün əvvəl ləğv edildi. Diplomatik mənbə qeyd edir ki, "Bütün səylərimizə rəğmən, həmin dövrdə iştirakı gözlənilən tərəflər arasında minimal konsensus yox idi". Müxtəlif mənbələrə görə, layihə Vaşinqtonun etirazı səbəbindən ləğv olundu. Ondan 6 ay sonra Parisdən heç bir yeni təşəbbüs irəli sürülmür.

    Estafeti diaspora götürür. Fransadakı erməni təşkilatlarını koordinasiya edən CCAF-ın həmsədri Frenk Papaziyan da, öz növbəsində, Emmanuel Makrona humanitar yük aparması üçün təzyiq edir. Erməniəsilli fransız danışır ki, "O mənə deyir: bu çox yaxşı ideyadır, mən razıyam" və inanmaq istəyir ki, bu "səmimi" istək idi. Lakin bundan sonra heç bir şey baş tutmur. Frenk Papazyan əmin edir ki, bu yenə də "tərəfdaşların çatışmazlığındandır".

    Fransa niyə belə təkdir? Avropa tərəfindən - 27 ölkə Ukraynaya baxır. Bundan əlavə, Avropa İttifaqı və Bakı 2022-ci ilin iyulunda "enerji əməkdaşlığında yeni fəsil" açmaq üçün qaz sazişi imzalayıblar. Beləliklə, vahid mövqeyin olmamasından Azərbaycana sanksiya təklif edən heç bir qətnamə qəbul edilmədi. Erməni məsələsinə yaxından cəlb olunmuş "Renew"un avrodeputatı Natali Loiseau əmin edir ki, "Biz qətiyyətlə döyüşdük, lakin karbohidrogenlərə ümid bəsləyən bir neçə ölkə bu yolla getməyə hazır deyildi". Bu xüsusda, o, İtaliya və Macarıstanı qeyd edir. Fransanın keçmiş naziri Almaniyaya gəlincə təəssüf hissi ilə qeyd edir ki, "o, Şarl Mişel kimi, təcavüzkarla təcavüzə məruz qalan arasında vasitəçiliyin mümkün olduğuna əmindir. Lakin bu birincinin tərəfini tutmaqdır".

    Hətta Vatikan kənardadır. 2022-ci ilin oktyabrında Roma Papasını ziyarət edərkən, Emmanuel Makron özü ilə Tessonu apardı ki, sonuncu Ermənistanla bağlı söz desin. Yazıçı katoliklərin rəhbəri və onun xarici işlər naziri Qallaqgherin biganəliyindən heyrətə gəldi. O söyləyir ki, "ermənilərin taleyini qeyd edəndə, hər ikisi tam biganəlik, hətta aqressivlik nümayiş etdirdilər". Yazıçı acı bir şəkildə istehza edir: "Roma Papası yeni qlobal və bir - biri ilə əlaqəli bir dünyanın ortaya çıxması ilə çox məşğuldur, ona görə də ilk xristianlara qayğı göstərə bilmir. Erməni - bir xalqın müəyyən bir torpağa bağlılığı və müəyyən bir mənəviyyata mənsub olması deməkdir. Bu əbədi dəyişiklik ayaqqabısında bir daşdır. Ermənistan buna görə narahat edir. Vatikanda olduğum zaman başa düşdüyüm bu oldu".

    Ərazi vahidlərinin dəstəyi

    Bu ümumi laqeydlik içərisində fransız dəstəyi fərqli şəkildə özünü göstərir. Senat bir çox qətnaməyə səs verir. Seçkilərdə seçilmiş şəxslər, xüsusilə də Auvergne-Rhône-Alpes regionunun prezidenti Laurent Vauquiez və avrodeputat François-Xavier Bellami səfərlər edirlər. Fransız ərazi vahidləri səfərbər olunur. Sol siyasi düşərgədə Anne Hidalgo Artsax istiqamətində humanitar yük göndərir. Xavyer Bertrandan başlayaraq ekoloqçu Janna Barsegyandan keçərək Bruno Retailleauya qədər sağçı və solçulardan ibarət balaca qrupla əhatə olunmuş Parisin meri 2023-cü ilin avqustun sonunda rus sülh əsgərlərinin saxladığı sərhədə qədər səfər edib. Lakin Île-de-France, Hauts-de-France, Occitanie və Pays de la Loire regionları, eləcə də Paris, Marsel və Strasburq şəhərlərinin loqosunu daşıyan və uşaq qidası və elektrik generatorlarla yüklənmiş yük maşınları digərləri kimi blok edilmiş vəziyyətdə qalırlar.

    Parisin Minsk qrupunun həmsədri rolunun tələb etdiyi neytrallığı dərk edən Xarici İşlər Nazirliyi (ATƏT tərəfindən 1992-ci ildə Qafqazda münaqişənin həlli üçün yaradılmış Fransa, ABŞ və Rusiyadan ibarət vasitəçi qrup) sakit qalır. Ketrin Kolonna İrəvana yalnız Azərbaycanın 19 və 20 sentyabr 2023-cü il tarixli hərbi əməliyyatından sonra səfər edir. Ermənilərin kütləvi köçü fonunda fransız diplomatiyasının rəhbəri vəziyyətin "etnik təmizləməyə bənzəməsinin" mümkünlüyünü hesab edir və hərbi avadanlığın çatdırılmasını elan edir.

    Bir neçə gün sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ziyarət etməkdən imtina edəcəyi Qranadadakı Avropa Sammitində Emmanuel Makron Bakıya qarşı "sanksiya vaxtının olmadığını" bəyan edəcək. O, Azərbaycanlı həmkarına "təzyiqi saxlamaq" və Ermənistanı "ən yaxşı şəkildə qorumaq" üçün zəng edəcəyinə dair öhdəlik götürəcək. Prezident Əliyevi heyrətləndirmək üçün kifayət etmədi. Azərbaycan Prezident Administrasiyası kommünikesində Fransanı Ermənistanı "silahlandırmaqla" Qafqazda "yeni müharibə hazırladığında" ittiham edəcək. Fevralda, 97% səslə yenidən seçilmiş İlham Əliyev öz inauqurasiya çıxışında bəyan edib ki, Ermənistanla mübahisəsində heç bir beynəlxalq vasitəçilik istəmir. Və Fransanın ünvanına "Öz işinizlə məşğul olun", - deyə vurğulayıb.
     


    Oxunub: 65
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.