Makronun iqamətgahında baş verən zorlanmaya görə istintaq başladı
Fransada prokurorluq prezident Emmanuel Makronun rəsmi iqamətgahı olan Yelisey sarayında qadın əsgərin zorlanması iddiasıyla bağlı araşdırmaya başlayıb.
Belə ki, iyul ayında Yelisey sarayında keçirilən tədbirdən sonra qadın hərbçi təcavüzə məruz qaldığını bildirib. Qadının ittiham etdiyi şəxs isə onunla birlikdə işləyən hərbçilərdən biridir. Təqsirləndirilən əsgərin isə izahatı alınıb, lakin hələlik rəsmi ittiham yoxdur.
Bu haqda xəbəri isə “Liberation” qəzeti yazıb. Qəzet hər iki hərbçinin sarayda mühafizəçi işlədiklərini və bir-birilərini tanıdıqlarını bildirib. Həmin tədbirdə prezident Emmanuel Makronun da iştirak etdiyi bildirilir. Hadisəni isə mümkün qədər mətbuatdan gizlətməyə çalışsalar da bu mümkün olmayıb.
Oxunub: 195
Xəbəri paylaş
Paylaş: