Rusiyadan növbəti plan - Gürcüstanı yarmaqla Ermənistana...
Rusiyanın hərbi-siyasi elitası Gürcüstanı yarmaqla Ermənistana hərbi dəhlizin açılmasını müzakirə edib. Gürcüstan vasitəsilə Ermənistana hərbi dəhlizin açılması planı aprelin 5-də Rusiya Baş Qərargahında Ermənistan-Aİ-ABŞ görüşündən əvvəl müzakirə olunub. Globall.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, planda Rusiya ordusunun Cənubi Osetiyadan hərəkətə keçərək, Tiflisin ətrafı ilə Sadaxlı yaşayış məntəqəsinə irəliləməsi nəzərdə tutulub. Əməliyyatın həyata keçirilməsi üçün 5 saat müddət nəzərdə tutulub. Məlumata əsasən, Rusiya ordusunun Gürcüstandan keçməklə Ermənistan sərhədinə çıxması planı hələ də masa üzərindədir.
Oxunub: 39
Xəbəri paylaş
Paylaş: