Paşinyan:
“Ermənistana hücum Rusiyaya hücum deməkdir”
Baş nazir Nikol Paşinyan ölkəsinin təhlükəsizlik sisteminin Ermənistan-Rusiya strateji və hərbi ittifaqına əsaslandığını bəyan edib.
Yerli KİV-in məlumatına görə, bu barədə o, Vayotszor bölgəsində sakinlərlə görüş zamanı bildirib.
"Ölkəmizin təhlükəsizlik sistemi Ermənistan-Rusiya strateji və hərbi-siyasi ittifaqına əsaslanır", - deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, hazırda Ermənistan-Rusiya ortaq qoşun birləşməsi və Qafqaz bölgəsində vahid hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir: "Bu razılaşmaların məntiqinə görə, Ermənistana hücum Rusiya Federasiyasına hücum deməkdir və burada bizim vahid təhlükəsizlik sistemimiz mövcuddur”.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: