Rusiya ordusu Kupyanskın mərkəzinə daxil OLDU – VİDEO

Rusiya hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərinin yarısını nəzarətə götürüblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi görüntülər yayıb.
Məlumata əsasən, yayımlanan videogörüntülərdə Rusiya Ordusunun əsgərləri Kupyanskın mərkəzində, həmçinin şəhərin əsas inzibati və sənaye obyektləri yaxınlığında – şəhər administrasiyası, “Spartak” stadionu, elektrik yarımstansiyası və televiziya qülləsi ətrafında yerləşiblər.
Qeyd edək ki, uzun müddətdir Kupyansk uğrunda gərgin döyüşlər davam edir.
Press-fakt
Oxunub: 22
Xəbəri paylaş
Paylaş: