İRAN SPİRTLİ İÇKİLƏRDƏN istifadə edənlər siyahısında DÜNYADA 9-CUDUR - ÜST
İran spirtli içkilərdən davamlı istemal (işlətmə, istifadə etmə, tətbiq etmə-müəllif) edənlərin sayı üzrə dünyada 9-cu yerdədir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.
İran Tibbi Ekspertiza Mərkəzinin məlumatına əsasən, 2025-ci ilin aprel, may, iyun, iyul və avqust aylarında ölkə üzrə spirtli içkilərdən zəhərlənmələr nəticəsində baş verən ölüm hallarının sayında da artım müşahidə edilib. Həmin dövrdə zəhərlənmələr nəticəsində baş vermiş ölüm hadisələrin beş faizi saxta spirtli içkilərdən zəhərlənmənin payına düşür.
Bildirilib ki, zəhərlənmə və ölüm halları ən çox Kərəc, Tehran, Məşhəd, Mazandaran və Əhvaz şəhərlərində qeydə alınıb. Ölkədə spirtli içkilərdən zəhərlənmələr nəticəsində baş verən ölümlərin sayının artması ciddi narahatlıq doğurur.
Yeri gəlmişkən, 2024-cü ildə İslam Respublikasında ölüm hallarının 21,3 faizi narkotik maddələrdən istifadə səbəbindən yaranıb. Cari ilin ilk beş ayında isə bu göstərici 21,6 faizə yüksəlib./report






















