İlkin Süleymanovun vəkili saxlanıldı - Xuliqanlıqda ittiham olunur
Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.
Report-un əldə etdiyi məlumata görə, o, avtoyuma məntəqəsinin işçisi ilə mübahisə zamanı ona xəsarət yetirməkdə təqsirləndirilir.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.
Oxunub: 19
Xəbəri paylaş
Paylaş:





















